Azərbaycan-Türkiyə münasibətlərinə qarşı qərəz və səbəblər

17:14 26-10-2020 | icon 674 | Siyasət
Azərbaycan-Türkiyə münasibətlərinə qarşı qərəz və səbəblər

Ramiyə Məmmədova: “Türkiyənin regionda irəliləməsindən, bütün türk dövlətlərindən dəstək alınacağından ehtiyatlanırlar”

 

“Bu gün dünya gücləri, eləcə də ABŞ, Fransanın Türkiyəyə qarşı əks çıxışlarını və müharibə ilə bağlı Prezidentimizə ünvanlanan suallarda Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmağa yönəlik qərəzi müşahidə etdik. Bu onu göstərir ki, Türkiyə Cənubi Qafqazda güclənməsin deyə bu dövlətə qarşı ikilistandartlar, əks siyasət yürüdülür”.

 

Versus.Az xəbər verir ki, bunu Türkiyə “Word Ponarama” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Ramiyə Məmmədova Türkiyənin regionda Azərbaycanla bağlı sərgilədiyi mövqeyi və buna görə dünya müstəvisində meydana gətirilən narahatlığın səbəbləri ilə bağlı şərhində bildirib.

 

R.Məmmədova hesab edir ki, artıq beynəlxalq təşkilatların Türkiyəni qaralama cəhdlərinin heç bir əhəmiyyəti yoxdur. Çünki Türkiyə çox güclənib və dünya arenasında böyük bir oyunçuya çevrilib:

 

“Türkiyə NATO-nun 2-ci ən güclü ordusuna malikdir. Bu gün Türkiyə siyasətini Osmanlı imperiyasının bərpası kimi qəbul etsələr də, Türkiyə öz tərəfdaşlarına hər zaman yardım edir. Türkiyə Suriyada, Liviyada göstərdi ki, istənilən konfliktə öz sərhədləri çərçivəsində müdaxilə edir və sözünü deyə bilir. Türkiyənin Liviyadan sonra Cənubi Qafqaza girməsi regionda cərəyan edən proseslərə adekvat olaraq inkişaf edir. Bu gün Azərbaycan Türkiyənin ən yaxın strateji tərəfdaşı, qonşu dövlət kimi bir çox mühüm infrastrukturların, layihlərin iştirakçısı kimi və iki dövlət əsasında mövcud hərbi müqaviləyə əsasən, qardaş dövlət olaraq Türkiyəni köməyə dəvət edə bilər”.

 

Politoloq bildirib ki, Türkiyənin Cənubi Qafqazda söz sahibinə çevrilməsi, bir növ NATO ordusunun regiona girməsi kimi qəbul olunur. Bu prosesin bir ucu həm də Amerikaya bağlanır. Türkiyə bu məsələdə düzgün yol tutub və ədalətli çözəcək.

 

R.Məmmədovanın fikrincə, Türkiyənin regiona gəlişi Avropanın, xüsusən də Rusiyanın xeyrinə deyil. Lakin Türkiyə düşmən bildiyi dövlətlərlə də bir masada oturmağı bacarır:

 

“Təbii ki, Qarabağ məsələsində Türkiyənin öz sözü var. Türkiyənin Rusiya ilə anlaşmasına əsasən, Türkiyə Qarabağda Azərbaycana böyük dəstək verir. Əsasən də Türkiyənin regionda irəliləməsindən, bütün türk dövlətlərindən dəstək alınacağından ehtiyatlanırlar. Eyni zamanda, Turan dövlətlərinin yaranmasının gündəmə gəlməsi və belə bir ərəfədə Türkiyənin regionda bir oyunçuya çevrilməsi digər dövlətlərin xoşuna gəlmir”.

 

Politoloq bildirib ki, Cənubi Qafqazda Rusiyanın, Avropanın, ABŞ-ın öz maraqları var. Onun sözlərinə görə, bu gün Türkiyənin güclənməsini, əhatə dairəsinin genişlənməsini bu dövlətlərin çoxu istəmir:

 

“Bu mənada bu gün Antitürkiyə koalisiyası yaranıb və bu mövqeni ən çox Rusiya göstərir. Burda İran faktoru da var. İranın şiyə dairəsi var və öz yaxınında Türkiyə kimi dövlətin böyüməsini istəmir. Antitürkiyə təbliğatı gedir. Amma kimin xoşuna gəlməsə də, Türkiyə Ermənistanın Tovuza hərbi  təxribatından sonra regiona girdi və Rusiya buna loyal yanaşmağa məcburdur. Rusiya artıq bu müharibədə bizə “yox” demir, başa düşür ki, masada oturub Qarabağ məsələsini həll etmək istəyirik”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol