"Düşmənin yenidən toparlanmasına, güclənməsinə yol verə bilmərik"

18:40 26-10-2020 | icon 641 | Siyasət
"Düşmənin yenidən toparlanmasına, güclənməsinə yol verə bilmərik"

Əlisahib Hüseynov: "Bütün hallarda Qarabağda son sözü Azərbaycan Ordusu deməli olacaq"

 

"Dövlət başçımızın bu gün xalqa müraciətində diqqət çəkən əsas məqamlardan biri oktyabrın 29-da Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə görüşü haqda səsləndirdiyi fikirlər oldu. Prezident bildirdi ki, Amerikada baş tutan son danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Lakin bu görüşlərin hansısa bir mənası, səmərəsi, nəticəsi olmalıdır. İlham Əliyev bunu xüsusi olaraq qeyd etdi: ”Biz danışıqların əleyhinə deyilik. Mən etiraz eləmirəm, görüşsünlər. O qədər mənasız görüş olub ki... Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əksik, fərq eləməz. Mən demək istəmirəm mən bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun”".

Versus.Az xəbər verir ki, bunu ölkə başçısı İlham Əliyevin bugünkü çıxışıyla bağlı açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

 

Partiya sədri vurğulayıb ki, bəli, bu görüş də bütün əvvəlki görüşlər, danışıqlar kimi səmərəsiz olacaq, nəticəsiz bitəcəksə, heç olmasın:

 

"Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycan artıq bu mənasız görüşlərdən, yalançı vədlərdən, qeyri-səmimi diplomatiyadan yorulub. Azərbaycan xalqı artıq həmsədrlərə inamını itirib. İndi Azərbaycanda heç kim ATƏT-in Minsk Qrupunun vasitəçilərinə inanmır. Əksinə, insanlarımızda həmsədrlərə qarşı ikrah hissi var, sarkazm var, narazılıq var. Bu həmin diplomatlar üçün biabırçılıqdır. Həmsədrlər artıq Qarabağ məsələsinin dinc yolla nizama salınması ilə bağlı nəyisə həll etmək səlahiyyətlərini itiriblər. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları onların fəaliyyətini sıfırlayıb.

Amma bütün bunlara baxmayaraq rəsmi Bakı yenə də sülhün tərəfdarı kimi çıxış edir və məhz buna görə də görüşlərin keçirilməsinin, müzakirələrin aparılmasının əleyhinə deyil. Bunu rəsmi Bakının həmsədrlərə verdiyi son şans kimi də qiymətləndirmək olar. Ancaq Azərbaycan tərəfi bildirir ki, görüşlər substantiv olmalı, mahiyyətə yönəlik və sürətli şəkildə aparılmalıdır. Heç bir süni şəkildə ləngitmələr, prosesi uzatmalar ola bilməz. Zatən, cənab Prezident də bu gün xalqa müraciətində açıq mətnlə bildirdi ki, daha 28 il gözləmək niyyətində deyilik və bizim çox konkret tələblərimiz var - Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarından çıxmalıdır. Bununla bağlı bizə konkret qrafik verməlidir. Eyni zamanda Ermənistan hakimiyyəti Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməlidir".



Ə.Hüseynov işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanın bizim bu şərtlərini, tələblərini qəbul edib konstruktivlik nümayiş etdirəcəyinə inanmadığını bildirib:

 

"Çünki biz avantürist Paşinyanı da və onun özü kimi riyakar Xarici İşlər naziri Zöhrab Mnasakanyanı da yaxşı tanıyırıq. Mnasakanyan öz baş nazirindən aldığı ağılsız təlimatlar əsasında Cenevrədə də qeyri-sağlam mövqe nümayiş etdirəcək və hiyləgər diplomatik gedişlərə üstünlük verəcək. Nəticədə bu görüş də səmərəsiz yekunlaşacaq. Odur ki, bütün hallarda Qarabağda son sözü Azərbaycan Ordusu deməli olacaq. Biz imitasiya xarakterli görüşlər keçirməklə düşmənin yenidən vaxt qazanıb özünü toparlamasına, güclənməsinə yol verə bilmərik!"

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin