"Paşinyanın ümidləri puça çıxdı"

15:11 10-09-2018 | icon 618 | Siyasət
"Paşinyanın ümidləri puça çıxdı"

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

 

E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı N.Paşinyan və onun komandası vahimə içərisində bu xəbəri eşitdi ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri bundan sonra da inkişaf etdiriləcək və Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar alıb və bundan sonra da bu siyasət davam etdiriləcək:

 

“Belə bir vəziyyətdə Paşinyan böyük bir vahimə içərisində tələm-tələsik Rusiya paytaxtına səfərə getdi. Bu səfərin uğursuz nəticələrini proqnozlaşdırmaq elə də çətin deyildi. Paşinyan güman edirdi ki, Moskvaya gedib Prezident Vladimir Putinə “biz sizin strateji müttəfiqinizik, sizin ən yaxın dostunuzuq, hər zaman Rusiyanın yanıdayıq” deməklə RF Prezidentini məmnun edəcək və yenə də ikibaşlı siyasətini davam etdirəcək".

 

Politoloqun fikrincə, ancaq Ermənistanın Baş naziri yanılır, çünki Rusiya kimi nəhəng dövləti idarə edən mahir siyasətçi V.Putin bunun N.Paşinyanın ikiüzlü siyasəti olduğunu, qeyri-səmimi davrandığını bilir.

 

Deputat əlavə edib:

 

"Rusiya Prezidenti necə Paşinyana inana bilər ki, o, Putinlə məsləhətləşmədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etdirir? Putin Paşinyana necə inana bilər ki, onun mədəniyyət naziri təyin etdiyi şəxs "Ermənistanda rus dili qadağan edilməlidir" kimi bəyanatlar verir? Milli Təhlükəsizlik Şurasının sədri qoyduğu Armen Qriqoryan antirusiya davranışı ilə Moskvada çox məşhurdur. Ona görə də hesab edirəm ki, Paşinyan-Putin danışıqlarını uğursuzluğa düçar oldu. Ümumilikdə Paşinyanın atdığı addımlar Moskvanın diqqətindən yayınmır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür