Uşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi... - FOTO

10:42 27-10-2020 | icon 259 | Maraqlı
Uşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi... - FOTO

Uşaqlarına mayallaq aşmağı öyrədərkən boynunu qıran ata iflic qalıb.

 

“The Sun”ın məlumatına görə, dəhşətli hadisə Böyük Britaniyada baş verib.

 

İki uşağı olan 38 yaşlı Ueyn Dakvort istirahət gününü əyləncəli keçirmək qərarına gəlib. Bunun üçün yaxın qohumlarını evinə dəvət edib.

 

Böyüklər həyətdə dincəldikdən sonra evə keçiblər. Qohumlar spirtli içki qəbul edib, kart oynayıb və uşaqlarla əyləniblər.

 

“Uşaq vaxtı mayallaq aşmağımızı xatırladıqda, baş təlxək olaraq, bunu qonaq otağında xalçanın üstündə etmək qərarına gəldim”, - deyə Dakvort olanları xatırlayır.

 

Lakin dombalaq aşarkən ata qəfil bədəninin sustaldığını hiss edib.

 

Kişi təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun akrobatik elementi yerinə yetirərkən onurğa beynini zədələndiyini və sinəsindən ayaqlarına qədər iflic olduğunu müəyyən ediblər.

 

Britaniyalı kişi üç həftə reanimasiya şöbəsində qalıb. Bundan sonra o, travma mərkəzinə köçürülüb.

 

“Hazırda yeni reallığa uyğunlaşmağa çalışıram”, - deyə o, bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Şuşa döyüşlərində dastana dönən qardaşlar

Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək

Maradona dəfn olundu - FOTO

Trampdan Ağ Evi tərk etmə ŞƏRTİ

Helikopter işıq dirəyinə çırpıldı - VİDEO

Türkiyədə zəlzələ - VİDEO

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il