"Sentyabrın 15-də düşmənə cavab veriləcək"

10:35 11-09-2018 | icon 69 | Gündəm
"Sentyabrın 15-də düşmənə cavab veriləcək"

"15 sentyabrda hərbi paradın keçirilməsi bir əsrlik tariximizə dövlətimiz tərəfindən yüksək qiymət verildiyini və müstəqilliyimizi hər zaman qorumaq üçün canımızı belə fəda etdiyimizi göstərir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, paradın keçirilməsi ilə bağlı verilən qərar təqdirəlayiq addımdır:

 

“15 sentyabr 1918-ci il Bakının bolşevik-daşnak silahlı dəstələrindən azad olunduğu gündür. Bu tarix Azərbaycan tarixinin şanlı səhifəsidir. Bakının paytaxt kimi milli dövlətçiliyimizin formalaşmasında böyük rol oynadığını hamı bilir. Həmin gün keçirilməsi nəzərdə tutulan hərbi parad Azərbaycanın ərazi bütövlüyünə xor baxan bəzi dairələrə yaxşı cavab olacaq”.

 

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə hərbi parad keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?