“Türkiyədə oynamaq üçün israr etdik”

11:07 28-10-2020 | icon 417 | İdman
“Türkiyədə oynamaq üçün israr etdik”

Ağdamın “Qarabağ” futbol klubu Avropa Liqasının növbəti qrup oyununda “Vilyarreal”ı qəbul etmək üçün ötən gün İstanbul şəhərinə yollanıb.

 

Xatırladaq ki, UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi və Azərbaycan millisi ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir.

 

Türkiyənin “Sabah” nəşri xəbər verir ki, klubun baş məşqçisi Qurban Qurbanov aeroportda mətbuata qısa açıqlama verib.

 

“Qardaş ölkəyə sevə-sevə gəldik. Bizə başqa ölkələrdə, başqa meydançalarda oynamaq variantları da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik”, - deyə Q.Qurbanov bildirib.

 

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” oyunu oktyabrın 29-da İstanbul şəhərində keçiriləcək. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol