"Ermənistan rəhbərliyi məhkəmə qarşısında cavab verməlidir"

15:22 28-10-2020 | icon 600 | Siyasət
"Ermənistan rəhbərliyi məhkəmə qarşısında cavab verməlidir"

Fuad Əliyev: "Dünyanın terrorist təşkilatlarını torpaqlarımızda, Qarabağda yerləşdiriblər"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev SƏS TV-nin "Gündəm" verlişinin qonağı olub.

 

Versus.Az xəbər verir ki, ALDP sədri verilişin "Ermənistan təslimçilik aktını imzalamağa hazırdımı?" mövzusu ətrafında olan sualları cavablandırıb.

 

Paşinyanın sosial şəbəkələrdə güzəştə getməyə hazır olduğunu deməsi, amma təslimçilik etməyəcəyi fikirlərini şərh edən ALDP sədri Fuad Əliyev hesab edir ki, bu bəyanatlar vaxt udmaq üçün hesablanıb:

 

"Oktyabrın 10-cu humanitar atəşkəs razılaşmasından sonra heç bir saat keçmədən ermənilər bu razılaşmanı pozdular. Sonra Vaşıngtonda razılaşdılar və yenə də ermənilər növbəti razılaşmanı pozdular. İndi də oktyabrın 29-u Cenevrədə görüşəcəklər. Ermənilərin bu görüşləri istəməsi ona hesablanıb ki, onlar yeni silah-sürsat əldə etsinlər. Paşinyanın hakimiyyəti hərbi xuntadır. Onlar üçün müqəddəs heç nə yoxdur və bunlara inanmaq olmaz. Bizim ordumuz işğalda olan torpaqlarımızı azad etməlidir."

 

Sovet dövründə Azərbaycanda yaşayan ermənilərin bizə qarşı məkrli hərəkətlərinə toxunan ALDP sədrinin fikrincə, torpaqlarımız tam azad olunandan sonra ora qayıdan Azəbaycan vətəndaşları onlara dəyən mənəvi və maddi zərər iddialarlyla beynəlxalq məhkəməyə müraciət etməlidirlər. Onun sözlərinə görə, hərbi xuntanın başçısı Paşinyan və ümumiyyətlə, Ermənistan bir dövlət kimi məhkəmə qarşısında cavab verməlidir.

 

Partiya sədri vurğuladı ki, Türkiyə Azərbaycana dəstək verdiyinə görə ona da təzyiqlər var:

 

"Tayyib Ərdoğan Türkiyə üçün çox uğurlu, cəsarətli dövlət başçısıdır. Əqər 93-94-cı illərdə Ərdoğan Türkiyənin dövlət başçısı olsaydi, Türkiyə Minsk qrupun həmsədri olacaqdı. Artıq Türkiyə təkcə regionun yox, həm də dünyada söz sahibidir."

 

D.Əliyev onu da qeyd etdi ki, ermənilər öz meyidlərini aparmaq istəmirlər:

 

"Rəsmi olaraq 970 yaxın əsgərlərin məhv olunduğunu elan etdilər. Aparmaq istəmədikləri meyidlər xaricdən gələn müzdlulardı, ona görə aparmırlar. Ermənilər başa düşürlər ki, Azərbaycan ordusunun qabağını ala bilmirlər, cəbhə bölgəsindən gaçırlar. Hətta pul verdiyi muzdlular da qaçır. 

 

ALDP sədri vurğuladı ki, sirr deyil ki, ermənilər işğal etdiyi torpaqlardan narkotik və silah tranziti kimi istifadə edirdilər. Yeraltı və yerüstü sərvətləri talan ediblər və dünyanın terrorist təşkilatlarını işğal etdikləri torpaqlarımızda, Qarabağda yerləşdiriblər."

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol