Qənirə Paşayevadan Kayserinin Şuşa ilə qardaş şəhər olması TƏKLİFİ

16:02 28-10-2020 | icon 487 | Cəmiyyət
Qənirə Paşayevadan Kayserinin Şuşa ilə qardaş şəhər olması TƏKLİFİ

Kayseri Ticaret Odasının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla həmrəylik konfransı keçirilib.

 

Versus.Az xəbər verir ki, “Zoom” proqramı üzərindən həyata keçirilən və televiziya vasitəsi ilə canlı yayınlanan “onlayn konfrans”da Azərbaycan Respublikası Milli Məclisinin üzvləri – Qənirə Paşayeva, Məşhur Məmmədov və Elnur Allahverdiyev iştirak edib.

 

Ticarət Odası rəhbərliyi Azərbaycana qardaş məhəbbətini ifadə edərək, bir millətin iki dövlətinin, bir millət – bir dövlət kimi də hərəkət edə bilmə əzminin bütün dünya tərəfindən görüldüyün vurğulayıb:

 

“Hər bir türk qurum-quruluşu kimi, Kayseri Ticarət Odası da, bütün imkan və bacarıqları ilə Azərbaycanın yanında olmaqda davam edəcək. Qarabağ öz əsl sahibinə - Azərbaycanlı qardaş-bacılarımıza qayıdacaq, bölgəyə sülh, əmin-amanlıq gələcəkdir”.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Kayserinin qardaş ölkə şəhərləri içində özünəməxsus mötəbər yerə sahib olduğunu xatırladaraq, bu şəhərin müzəffər Azərbaycan ordusunun işğaldan azad edəcəyi Şuşa şəhəri ilə qardaş şəhər olması təklifi ilə çıxış edib. Komitə sədri qeyd edib ki, Şuşa da, Kayseri də ortaq türk mədəni irsinin özünəməxsus ünvanlarıdır və rəsmi olaraq qardaşlaşmış şəhərlər statusu ilə, gələcəkdə ortaq layihələr, mədəni-kütləvi tədbirlər keçirilməsi ümumi işin xeyrinə olacaqdır.

 

Qənirə Paşayeva bütün türk və müsəlman aləmini qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Emmanuel Makronun türk mallarını boykot etmə çağırışına cavab olaraq fransız mallarının boykot edilməsi ilə bağlı çağırışına qoşulmağa səsləyib:

 

“İlk növbədə dünya azərbaycanlılarına çağırış edirəm. Dünya azərbaycanlıları da daxil olmaqla dünya türklərinin sayı fransızlardan ən azı 2,5-3 dəfə çoxdur; bu hesabla, hörmətli Cümhurbaşqanının çağırışına qoşulmaqla, Makronun nə qədər yanlış hesablar içində olduğunu göstərə bilərik. Fürsətdən istifadə edib, qardaş Türkiyə Cümhuriyyəti dövlətinə, xalqına, Azərbaycanın haqlı davasına verdiyi yüksək mənəvi-siyasi dəstək üçün bir daha təşəkkürümü yetirirəm”.

 

Millət vəkili Məşhur Məmmədov Türkiyənin Azərbaycanın ən böyük yatırım qoyduğu ölkə olduğunu bildirib, qardaşlıq, qonşuluq bağlarının böyük iqtisadi layihələrlə daha da möhkəmləndirildiyini qeyd edib.

 

Millət vəkili Elnur Allahverdiyev iqtisadi imkanların paylaşılmasının, bir-birinə qarşılıqlı dəstək göstərilməsinin Azərbaycan-Türkiyə münasibətlərinə daha yüksək dərəcə qazandırdığını söyləyib.

 

Sonda, “qardaş Azərbaycan ordusunun 30 ildir ermənilər tərəfindən işğal edilən torpaqlarını azad etmə mücadiləsini təqdir və dua ilə dəstəkləyirik” deyə, Kayseri Ticarət Odası mənsublarının ümumi fikri bir daha qeyd olunub.

 

Qeyd edək ki, Kayseri Ticarət Odası 1896-cı ildə qurulub. Ticarət Odasının İdarə heyətinin başqanı Ömər Gülsoydur.

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin