“Bərdəliləri heç bir erməni təxribatı qorxuda bilməz”

15:48 29-10-2020 | icon 581 | Siyasət
“Bərdəliləri heç bir erməni təxribatı qorxuda bilməz”

Bəkir Qarayev: “Düşməni sonadək məhv etməsək, hər an hücumları ilə üz-üzə qalacağıq”

 

Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı vandallığı davam edir. Beynəlxalq təşkilatlar, ATƏT-in Mins Qrupu isə baş verənlərə kor və laldır.

 

Xəbər veridiyimiz kimi, Azərbaycanın Bərdə şəhəri oktyabrın 27-də və 28-də Ermənistanın silahlı qüvvələri tərəfindən raket zərbələrinə məruz qalıb.

 

Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının Bərdə şəhər təşkilatının sədri Bəkir Qarayev baş verənlərin insanlığa sığmadığını deyib.

 

B.Qarayev bildirib ki, buna baxmayaraq, baş verənlər üzücü olsa da, düşmənin gözlədiklərinin əksinə olaraq, əhali heç də ruhdan düşmür, əksinə, torpaqlarımızın işğaldan azad edilməsində əllərindən gələni etməyə hazır olduqlarını bəyan edirlər:

 

“Məkirli erməni cəbhə xəttindən uzaqda olan ərazilərimizi raket hücumlarına məruz qoymaqla ordumuzun diqqətini yayındırmaq istəyir. Çünki cəbhədə uduzur və dinc əhalini hədəf seçməklə ölkəmizdə vəziyyəti gərginləşdirmək, insanlarımızı ruhdan salmaq istəyirlər. Ancaq biz partiyamızın sədri Hafiz Hacıyevin də dediyi kimi hər zaman Ali Baş Komandanın və Ordumuzun yanındayıq. Bərdəlilər də gəncəlilər kimi şəhəri tərk edən deyil və itkilərimizin olmasına baxmayaraq, ordumuzun dayanmadan irəli getməsini istəyirik. Çünki məkrli düşməni sonadək məhv etməsək, hər an onların xəyanətkar hücumları ilə üz-üzə qalacağıq”.

 

B.Qarayev qeyd edib ki, Bərdə sakinləri düşmənin raket hücumlarından itkilər versələr də, zərər görsələr də evlərini tərk etmək istəmirlər:

 

“Ali Baş Komandan da bilsin ki, bu xalq onun yanındadır, düşmən həmlələrindən qorxmur, əksinə, döyüşə getməyə də hazırdılar. Bərdəliləri heç bir erməni təxribatı qorxuda bilməz. Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı