“O redaksiyada üç azərbaycanlı idik, ermənilər bizi incidirdilər”

16:28 29-10-2020 | icon 998 | KİV
“O redaksiyada üç azərbaycanlı idik, ermənilər bizi incidirdilər”

Lalə Abbasova: “O xarici jurnalistlərə mənim də sualım var”

 

“Mən Rusiya jurnalistləri Solovyev və digərilərini dinləyəndə onlara yazığım gəlir. Onlar öz haqsız çıxışları, haqsız mövqeləri  ilə jurnalist peşəsini hörmətdən salırlar. Vaxt gələcək buna görə utanacaqlar. Bu gün nəinki o cür jurnalistlər, özlərini hegemon hesab edən siyasətçilər də başa düşməlidirlər ki, ədalət də var, o, imkan verməyəcək ki, haqsızlıq sona qədər davam etsin”.

 

Versus.Az xəbər verir ki, bunu keçmiş millət vəkili, jurnalist Lalə Abbasova Beynəlxalq siyasətin ikilistandartlarının qurbanı olan xarici jurnalistlərin Azərbaycanla bağlı sərgilədiyi mövqe ilə bağlı açıqlamasında bildirib.

 

Lalə Abbasova hesab edir ki, son bir ayda Azərbaycana gələn bir sıra xarici jurnalistlərin Prezident İlham Əliyevlə apardıqları müsahibələr və sərgilədikləri mövqe birmənalı olaraq qərəzlidir:

 

“Mən o jurnalistlərin qeyyi-peşəkar suallarını müsahibələrdə oxumuşam, izləmişəm. O suallar qərəzlidir. Bunlar islam-xristian məsələsini ortaya salırlar  və bu da insana xas olamayan hərəkətlərdir. Lakin o zaman gəlib çatıb: biz dünayaya Azərbaycanın gücülü, qüdrətli ölkə olduğunu sübut edəcəyik. Biz torpalarımzı geri qaytaracağıq”.

 

L.Abbasova bildirib ki, bu gün ədalət bərqərar olur:

 

“Avropa, Minsk Qrupu nümayəndələri bu günə qədər çox haqsız siyasət apardılar. 30 ildir bizi aldadaraq öz missiyalarını yerinə yetirə bilmədilər. Şükürlər olsun ki, bu gün biz ayaqdayıq və bizim belə Prezidentimiz var və xalq onunladır. Düşünürəm ki, ədalət bərqərar olunacaq və biz torpaqlarımzı mütləq geri alacağıq”.

 

L.Abbasova bu gün Azərbaycana gəlib Prezidentə qərəzli suallar verən həmin jurnalistlərə sualının olduğunu dedi:

 

“Neçə illər bundan qabaq Ermənistanın işğalçı siyasətini göstərən və torpaqlarımızın azad olunması ilə bağlı qəbul olunan qətnamələr niyə yerinə yetirilməyib? Siz Azərbaycanla nəyin davasını edirsiz? Bu gün tarixə baxsanız, indiki Yerevanın Azərbaycanın torpaqları olduğunu bilərsiz”.

 

Uzun illər ermənilərlə təhsil zamanı, işdə, məişətdə təmaslarda olduğunu deyən keçmiş deputat L.Abbasova erməni xislətinin həmişə iyrənc olmasına diqqət çəkib:

 

“Mən 21 il “Vışka” qəzetində ermənilərlə bir yerdə işləmişəm, ermənilərlə oxumuşam, ətrafımda erməni olub. Hələ sovet vaxtında o redaksiyada üç azərbaycanlı idik, ermənilər bizi incidirdilər. Mənim 19-20 yaşım olsa da, sözümü deyirdim. Çox vaxt məni iclasdan çıxarırdılar. Öz iyrənc siyasətlərini apararaq, guya mənim başqa millətlərlə mübarizə apardığımı deyirdilər.

Atası yəhudi, anası erməni olan bir tanıdığım var idi. Xocalı hadisəsi günü ona zəng edib, “Marina nə edirsən” soruşdum. O mənə dedi ki, “kayfuyu”. Dedim, axı bu gün Xocalı hadisəsi olub?! Dedi ki, ancaq mən “kayfuyu”. Mən özümdə səbr tapa bilmədim, dedim ki, tfu sənə, sən Azərbaycanda yaşayırsan, üzr istə! Azərbaycan kişisi ilə başını bir yastığa qoyursan, amma o boyda Xocalı faciəmizə sevinirsən, kef edirsən?!.

 

Aydın məsələdir ki, bu onların xislətidir. Hələ 2008-ci ildə millət vəkili olan zaman müraciət edərək dedim ki, onsuz da biz torpağımızı alacağıq. Amma millətimizi qorumalıyıq. Mən bu gün də Azərbaycan analarına, atalarına müraciət edirəm ki, heç vaxt övladlarınıza erməni qadınları alıb ermənilər törətməyin. Bilirəm ki, bu gün cəbhə xəttində yarı azərbaycanlı olan satqınlar var. Ehtiyatlı olmalıyıq. Biz öz millətimizi qorumalıyıq. Biz gözəl, ürəyiaçıq, əliaçq, səxavətli xalqıq. Biz imkan verməməliyik ki, ermənilər müsbət cəhətlərimizdən istifadə edib bizi əzsinlər”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür