“Qarabağ münaqişəsinin uzunmüddətli həlli üçün tərəflər arasında maraqlar balansı tapmaq lazımdır”

20:26 29-10-2020 | icon 279 | Siyasət
“Qarabağ münaqişəsinin uzunmüddətli həlli üçün tərəflər arasında maraqlar balansı tapmaq lazımdır”

“Dağlıq Qarabağda uzunmüddətli nizamlanma yalnız Azərbaycan və Ermənistan arasında maraqlar balansına riayət olunmaqla mümkündür”.

 

“İnterfaks”ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “VTB Kapital”ın “Rusiya çağırır!” investisiya forumunun plenar iclasında deyib.

 

"Uzun müddətli həll (Dağlıq Qarabağda) nədə və ya haradadır? Mən indi sizin sualınızın əsl mahiyyətə gəlirəm. Hər iki tərəfi razı salan maraqlar balansını tapmaq üçün bizim sonsuz hörmətlə yanaşdığımız Azərbaycan xalqı kimi, erməni xalqının maraqları da nəzərə alınmalıdır. Artıq üç onillikdir ki, davam edən bu münaqişə hər iki tərəfə effektiv şəkildə inkişaf etməyə imkan vermir", - deyə Putin bildirib.

 

O qeyd edib ki, birinci mərhələdə hərbi əməliyyatları dayandırmaq, insan ölümünə son qoymaq və danışıqlar masası arxasına oturmaq lazımdır.

"Minsk qrupu və onun həmsədrləri - Rusiya, ABŞ və Fransa tərəfindən hazırlanmış təkliflər əsasında, Minsk qrupunun digər iştirakçılarının iştirakı ilə birgə iş əsasında konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar", - deyə Putin bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Hansı QADAĞALAR olacaq?

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı