"Beynəlxalq təşkilatları mütamadi olaraq məlumatlandırırıq"

10:04 30-10-2020 | icon 353 | Siyasət
"Beynəlxalq təşkilatları mütamadi olaraq məlumatlandırırıq"

Lalə Quliyeva: "Bir həftə ərzində yüzlərlə dəstək məktubu alıb göndərmişik"

 

"Torpaqlarımızın işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayandan sonra partiyaların bəziləri siyasi fəaliyyəti dayandırıblar. Bizim partiyanın bütün fəaliyyəti Ermənistanın Azərbaycana qarşı terroru və müharibə cinayəti ilə bağlı informasiya müharibəsinə yönləndirildi. Siyasi partiya olaraq beynəlxalq təşkilatlara erməni vandalı ilə bağlı məlumatlar göndərməyə başladıq".

 

Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.

 

Lalə Quliyeva bildirib ki, ALDP sentyabrın 27-dən başlayaraq Ali Baş Komandanın yanında olduğunu bəyan edib və partiya olaraq fəaliyyətini hərbi vəziyyətə uyğun davam etdirib:

 

“ALDP bir gündə olsun fəaliyyətini dayandırmayıb. Bəzi partiyalar hesab etdilər ki, müharibə gedən bir vaxtda, orduya dəstək olaraq siyasi fəaliyyəti dayandırsınlar. Biz onların bu addımına hörmətlə yanaşırıq. ALDP isə əksinə, sentyabrın 27-dən başlayaraq fəaliyyətini daha da gücləndirdi. Ordumuza dəstək olaraq təşviqat xarakterli video-çarx hazırladıq, “Əsgərə məktub” layihəsi çərçivəsində aksiyaya da başlamışıq. Bir həftə ərzində yüzlərlə dəstək məktubu alıb göndərmişik”.

 

L.Quliyeva qeyd edib ki, ALDP tərəfindən xaricdə fəaliyyət göstərən və onlarla əməkdaşlıq edən 16 siyasi partiyaya vətən müharibəsi, anti-terror əməliyyatlarla bağlı məlumatlar göndərilib:

 

“Biz əməkdaşlıq etdiyimiz 16 siyasi partiyaları Azərbaycan Ordusunun Ermənistana qarşı apardığı anti-terror əməliyyatlarla bağlı mütamadi olaraq məlumatlandırırıq. Daha sonra 93 beynəlxalq təşkilata, Avropa Parlamentin və ABŞ Konges üzvlərinə Ermənistan dövlətinin dinc əhaliyə qarşı həyata keçirdiyi terror və təcavüzkar siyasəti ilə bağlı ətraflı məlumatlar göndərmişik. ALDP bir siyasi təşkilat kimi, vətənimizin ərazi bütövlüyünün təmin olunması üçün mübarizədə öz töhfəsini verməyə çalışır”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI