“Ermənistanda güclü hakimiyyət böhranı var”

10:08 30-10-2020 | icon 456 | Siyasət
“Ermənistanda güclü hakimiyyət böhranı var”

Qabil Hüseynli: “Azərbaycan ordusunun ciddi qələbələri Ermənistanda ruh düşkünlüyü yaradıb”

 

İşğalçı Ermənistan bu gün siyasi gərginlik, hərcmərclik, iqtisadi tənəzzül içərisində çabalayır. Təcavüzkar və hərbi cinayətlərindən əl çəkməyən bu dövlət, heç bir beynəlxalq hüquqa məhəl qoymadan öz xalqını məhvə sürükləyir. Ermənistanın apardığı işğalçılıq siyasəti onu daha da ağır duruma salıb.

 

Versus.Az xəbər verir ki, vəziyyəti şərh edən politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistan bu gün bütün parametrlər üzrə dərin böhran keçirir.

 

Onun fikrincə, bu böhranın əsasında siyasi böhran, hakimiyyət böhranı dayanır. Siyasi böhran hakimiyyətə etimadsızlıq, hakimiyyət dəyişikliyinə zərurətin yarandığını göstərən amildir. Bu da Ermənistan cəmiyyətində bütün aktuallığı ilə özünü göstərir.

 

Politoloq bildirib ki, bu gün Ermənistandakı çoxluq Paşinyan və onun komandasının istefasını tələb edir. Belə ki, 17 siyasi partiya alyans yaradaraq, Paşinyan hökumətini devirmək istəyir:

 

“Bu alyansa Qarabağ klanının üzvləri olan Respublika Partiyasının qurucuları Sarkisyanla Köçəryan rəhbərlik edir və onlar hakimiyyətə real namizədlər kimi meydana çıxırlar. Bundan əvvəl bu partiyalar Paşinyana müraciət edərək, prezident yanında, keçmiş nazirlərin, baş nazirlərin, indiki partiya sədrlərinin daxil olduğu bir qurum yaratmağı və həmin quruma böyük səlahiyyət verilməsini istəmişdilər. Amma prezident bunu hakimiyyət çevrilişinə bənzətdi və qəbul etmədi. İndi isə 17 partiya Paşinyanın istefasını tələb edir. Bildirirlər ki, Paşinyan indiki müharibənin baş verməsində, erməni ordusunun məğlubiyyətində günahkardır və bütün bunlara görə istefa etməli, cavab verməlidir. Yəqin ki, bu proses çox da uzaq olmayan bir vaxtda baş verəcək”.

 

Q.Hüseynli Paşinyanın istefasını Rusiya milyonçularının da tələb etdiyini bildirib:

“Dünən Moskvada olan milyonerlərdən Ambarsunyan adlı birisi erməni blokuna müracit edərək Paşinyanın hakimiyyətdən getməyini tələb elədi və bildirdi ki, Ermənistanı xilas eləmək üçün Paşinyan hakimiyyətdən getməlidir. Üstəlik də erməni xalqına tövsiyə elədi ki, Ermənistana o şəxs başçılıq eləməlidir ki, Rusiya ilə normal əlaqələri olsun və Rusiyanın etimadını qazansın. Belə görünür ki, Köçəryan yenidən hakimiyyət başına gələ bilər”.

 

Politoloq bütün bu gərginliklərlə yanaşı Ermənistanda iqtisadi vəziyyətin getdikcə pisləşdiyini, qiymətlərin qalxdığını, aclığın, orduda təminatın çox aşağı səviyyədə olduğunu önə çəkib. Bildirib ki, erməni ordusunda hətta ayaqyalın, silahsız əsgərlər də var.

 

Q.Hüseynli ümumilikdə ölkənin dərin iqtisadi siyasi böhran içərisində çabalamasının səbəblərini hakimiyyətin öz komandasını qurub, onu qoruya bilməməsi ilə əlaqələndirib:

 

“Bu günlərdə Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edildi. Bundan əlavə bir neçə hərbi kadr vəzifəsindən uzaqlaşdırıldı. Bütün bunlar onu göstərir ki, hakimiyyət öz komandasını qurub, onu qoruya bilmir. Bunların hamısı eyni zamanda Ermənistanın Azərbaycanın qarşısında ciddi məğlubiyyəti ilə bağlı olan məsələlərdir. Vəziyyət getdikcə daha da gərginləşir və klüminiasiya nöqtəsinə çatır. Bu gün Ermənistanı siyasi böhran ciddi surətdə silkələyəcək, istefalar özünün pik nöqtəsinə çatacaq”.

 

Q.Hüseynli hesab edir ki, Ermənistanda bu cür gərginliyin yaranması, yaxud baş verən istefalar Qarabağ müharibəsində hansısa üstünlüyün əldə olunmasına təsir edə bilər. Onun fikrincə, Ermənistanda gərginliyin olması düşmən dövlətin başının özünə qarışması baxımından yaxşı əlamətdir.

 

Politoloq eyni zamanda bildirib ki, Ermənistanda Paşinyan kimi səriştəsiz, bacarıqsız bir siyasətçinin hakimiyyətdən getməsi və onun yerinə qatı millətçi bir siyasətçinin-köçəryanın gəlməsi də bizim üçün əlverişli deyil:

 

“Köçəryan Rusiya ilə yaxşı əlaqələrə malikdir və bu əlaqələr müharibənin davam etməsinə şərait yarada bilər. Hər halda kim gəlir-gəlsin, Azərbaycan ordusu erməni ordusunu sarsıdıcı məğlubiyyətə uğradıb və bundan sonra ermənilər kapitulyasiyaya tam təslim olub, Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətində qalacaqlar”.

      

Ermənistanda anti-Rusiya çağırışlarına toxunan politoloq, Ermənistan hakimiyyətinin rəsmi Moskvadan üz döndərməsində NATO-ya müraciəti, Fransada, ABŞ-da nicat axtarmasının səbəbi nə ilə bağlı nüanslara da diqqət çəkib.

 

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanda anti-Rusiya meyllərinin güclənməsi, Rusiyaya qarşı aksiyaların təşkil edilməsi, rusiyameylli şəxslərin vəzifələrdən kənarlaşdırılması və onlara qarşı təzyiqlər təşkil edilməsi, məktəblərin, rusdilli medianın bağlanması, rus dilinə tətbiq olunan qadağalar Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsini göstərən amillərdir:

 

“Məlumdur ki, Paşinyan hakimiyyətə papulist şüarlar hesabına küçədən gəldi. Onun hakimiyyətə gəlişinin Soros-un  verdiyi pulların hesabına baş tutduğu məlumdur. Soros isə Ermənistanda rəngli inqilabların, küçənin xalqa təzyiqi ilə hakimiyyəti - Sarkisyanı istefaya məcbur etdi. Bundan sonra Paşinyan tələm-tələsik elan etdi ki, Ermənistan qərbyönümlü siyasıt aparacaq, Rusiya ilə əlaqələr minimuma endirilcək və sairə. Bunun ardınca rus məktəbləri bağlandı və rus dilində danışmaq qeyri-rəsmi səviyyədə qadağan edildi. Ruslar isə bunu diqqətlə izləyirdilər və bunu Rusiya əleyhinə, Putin əleyhinə hərəkətlər kimi qiymətlənidirdilər. Azərbaycanın Ermənistana qarşı əks-hücumları başlayanda isə ermənilər Rusiyadan kömək istəyib Kollektiv Təhlükəsizlik Müqavilsi Təşkilatını işə salmalarını tələb etdilər. Bu baş verməyəndə isə başladılar Putini ciddi şəkildə ittiham etməyə. Bildirdilər ki, Putin ölkədə avtoritar hakimiyyət qurub, onun özü də hakimiyyətdəki komanda üzvləri tərəfindən devriləcək, taleyi də II Nikolayın taleyi kimi olacaq və o da II Nikolay kimi naməlum yerdə gülləbaran ediləcək. Bütün bunlar ölkədə antirus əhval-ruhiyyəsinin nə qədər yüksək olduğunun göstəricisidir”.

 

Q.Hüseynli bu gün Ermənistanda hərcmərclik olmasına baxmayaraq, Ermənistanın Azərbaycana qarşı öz mənfur siyasətini davam etdirdiyini və heç bir beynəlxalq qanuna, hüquqa məhəl qoymadığını müəyyən nüanslarla önə çəkib. Onun fikrincə, imperialist güclər Ermənistandan istifadə edərək, regionu ələ keçirmək istəyirlər. Ona görə də Ermənistanda nə qədər vəziyyət gərgin olsa da, ona dəstəyini əsirgəmirlər:

 

“Ermənistan Azərbaycanın suverenliyini pozur və müharibə yolu ilə yeni əraziləri işğal etmək istəyir. Və acınacaqlı məsələ budur ki, ATƏT-in həmsədr dövlətləri bu prosesdə cinayətkar ölkəyə sanksiya tətbiq etmir və sanki regionda dövlətlərin əzilərək gücdən düşməsini və asılı vəziyyətə salınmasını arzu edirlər. Lakin bu gün Azərbaycan beynəlxalq hüququn tələblərini öz gücü ilə yerinə yetirir və onun müstəqilliyinə heç kəs xətər gətirə bilməz. Bu gün dediyim kimi, Ermənistanda  güclü hakimiyyət böhranı var. Hakimyyət proseslərə nəzarət edə bilmir, prosesləri yönləndirə bilmir. Orduya əsgər lazımdır, Ermənistan mükəlləfiyyətliləri orduya cəlb edə bilmir. Məsələn, bu yaxınlarda 2000 nəfər hərbi mükəlləfiyətlinin orduya çağrılması ilə bağlı əmr verilsə də, yalnız 300 nəfəri toplaya biliblər. Üstəlik, rüşvət verərək ordudan yayınma halları da çoxalıb. Son vaxtlar müharibəyə getmək istəyən erməni gəncləri  COVİD 19 virusuna tutulmaları ilə bağlı tibbi arayışlar düzəldərək hərbidən yayınırlar. Rüşvətlə orduya cəlb olunanlar var. Belə ki, hərbi sahədə, ordunun təşkilində hərcmərclik baş alıb gedir”.

 

Politoloq bildirib ki, Ermənistandakı bu vəziyyəti müharibədə uğursuzluqlarına təsir edə bilər. Lakin kimlərsə, hansısa güclər yenə də onu xilas etmək istəyir:

 

“Bu gün Rusiyanın Ermənistanın içərisinə girib sərhədləri qorumağa başlaması, bizim sərhəddə hərbi qüvvəllər yerləşdirməsi, eləcə də xaricdəki, daxildəki ermənilərin “Ermənistan dağılır, onu qorumaq lazımdır” deməsi vəziyyətin ciddiliyini göstərir. Amma Azərbaycan ordusunun ciddi qələbələri Ermənistanda ruh düşkünlüyü yaradıb, əhalini ruh düşkünlüyünə qərq edib, özlərinə inamını yox dərəcəsinə çatdırıb. Hesab edirəm ki, Ermənistan ordusu Azərbaycanın gücü, qüdrəti qarşısında tab gətirə bilməyəcək və torpaqlarımızdan qovulacaq”. /hafta.az/

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi