“Bərdə şəhərinə edilən hücumlar faciədir”

12:28 30-10-2020 | icon 255 | Siyasət
“Bərdə şəhərinə edilən hücumlar faciədir”

"Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır".

 

Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez bəyan edib.

 

O, Azərbaycanın Bərdə şəhərinə 21 nəfərin ölümü ilə nəticələnən hücumu faciə adlandırıb.

 

“Dağlıq Qarabağ ətrafında münaqişənin humanitar nəticələri dərin narahatlıq yaradır”, - deyə Fridez əlavə edib.

 

Komitə sədri münaqişə tərəflərinin təkcə atəşkəsə razılaşması deyil, həmçinin, ona əməl edilməsinin vacibliyini vurğulayaraq, əks halda vəziyyətin daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

 

O, bütün tərəfləri bu münaqişənin humanitar təsirini minimuma endirmək üçün lazımi tədbirləri görməyə çağırıb, hökumətləri bütün aidiyyəti humanitar təşkilatlarla tam əməkdaşlıq etməyə, BQXK və BMT agentlikləri, BMQT, həmçinin digər beynəlxalq və milli qeyri-hökumət təşkilatları da daxil olmaqla dəstək vermələrinə imkan yaratmalarının vacibliyini vurğulayıb.

 

AŞPA nümayəndəsi vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən yaxından izlənilməsini təmin etmək üçün məsələni Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin gündəliyinə saldığını da qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür