"Araik Arutyunyan həyəcan və təşviş içindədir"

15:17 30-10-2020 | icon 390 | Siyasət
"Araik Arutyunyan həyəcan və təşviş içindədir"

Əlisahib Hüseynov: "Ermənilər aqibətlərinin bu cür olacağını ilk gündən dərk etməliydilər"

 

"İşğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejimin "başçı"sı Araik Arutyunyan ermənilərə son videomüraciətində səsləndirdiyi fikirlər və etiraflar gözlənilən idi. Dünənə qədər Ermənistana və qismən də Rusiyaya arxalanan, Azərbaycanı isə tez-tez hədələyən bu separatçı köpək indi təşvişə düşüb".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
Partiya sdəri vurğulayıb ki, bu dırnaqarası "lider"cik döyüşlərdə məğlubiyyətə uğradıqlarını və Azərbaycan Ordusunun artıq Şuşaya yaxınlaşdığını istəməsə də belə etiraf edir:
 
"Onun etirafına diqqət edin, deyir ki, - "Düşmən Şuşanın bir neçə kilometrliyində, maksimum beş kilometr məsafədədir. Onların əsas vəzifəsi Şuşanı tutmaqdır. Necə deyərlər, Şuşaya sahib olan Artsaxa (Qarabağa) sahibdir. İstəyirəm bunu dərk edək”. Bu günlərdə özünü Ordumuzun zərbələrindən qorumaq üçün tez-tez məkanlarını dəyişən, gah uşaq bağçasına, gah da zirzəmilərə sığınan terrorçubaşı Arutunyan videomüraciətinin sonunda böyük bir həyəcan və təşviş hissilə bütün erməniləri birləşməyə, Şuşa uğrunda sona qədər vuruşmağa çağırıb.
 
Ancaq bu beyinsiz varlıq daha orasını dərk etmir ki, bundan sonra onları heç nə xilas etməyəcək. Hətta dünyanın bütün erməniləri də yığışıb gəlsələr belə, lakin yenə də Qarabağı əllərində saxlaya bilməzlər. Bu mümkünsüzdür. İşğalın sonu gəlib. Müharibənin taleyi həll olunub. Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə kəsə bilməz. İşğal edilmiş bütün torpaqlarımız tezliklə azad ediləcək. Ermənilər öz sonlarının bu cür rüsvayçı bir aqibətlə yekunlaşacağını elə ilk gündən dərk etməliydilər".
 
 
SEVDA
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin