Beynəlxalq təşkilatların Ermənistanın müharibə cinayətlərini təsdiqləməsi faktı Azərbaycana nə vəd edir?

19:48 30-10-2020 | icon 417 | Siyasət
Beynəlxalq təşkilatların Ermənistanın müharibə cinayətlərini təsdiqləməsi faktı Azərbaycana nə vəd edir?

Azərbaycanın ictimai-siyasi təşkilatları beynəlxalq təşkilatlardan ədalət tələb edir və bəyan edir ki, Dinc insanların öldürülməsinə baxmayaraq, beynəlxalq təşkilatlardan Ermənistana qarşı heç bir reaksiya yoxdur.

 

Ermənistan hərbi qüvvələrinin Bərdə, Gəncə, Tərtər və digər şəhərlərimizdə raket zərbələri ilə törətdiyi faciəli dağıntılar heç bir insanlığa, heç bir hərbi qayda-qanunlara sığmır. Məkirli, insanlıqdan uzaq olan erməni hərbçiləri ilə üz-üzə qalan Azərbaycan öz torpaqlarını işğaldan azad edərkən təkcə cəbhədə şəhidlər vermir, həm də müharibə bölgəsindən uzaqda yerləşən mülki ərazilərdə də insanlarını itirir. Təəssüf doğuran məqam budur ki, erməni hərbçilərinin Qadağan olunmuş raketlərlə mülki əhalini, evlərimizi hədəfə alması və baş verən dağıntıların, tökülən qanların dəhşət doğuran mənzərəsi beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verir. Lakin dünya ictimaiyyəti hələ də Ermənistana qarşı hər hansı təpki sərgiləmir. Beynəlxalq təşkilatların nümayəndələri 10-17 oktyabrda Gəncəyə atılan raketlərdən sonra, oktyabrın 26-27-də Bərdəyə də atılan raketinin törətdiyi faciəni öz gözləri gördü, müşahidə etdi.

Bəs, beynəlxalq təşkilatların erməni hərbi cinayətlərini təsdiqləməsi faktı Azərbaycana nə vəd edir?

 

Versus.Az xəbər verir ki, bu barədə danışan ölkənin ictimi-siyasi nümayəndələrinin mövqeyi birmənalı olmadı.

 

 

 

“Beynəlxalq təşkilatların, diplomatik korpusun nümayəndələri yenə də Ermənistanı pisləmədi”

 

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, bu gün 20 faizdən çox ərazisi işğal altında olan Azərbaycan torpaqlarının bir hissəsi azad olunub.

 

Onun sözlərinə görə, bu müddət ərzində vətəndaş cəmiyyətlərinin, qeyri-hökumət təşkilatlarının etirazlarına baxmayaraq, bir çox beynəlxalq qurumlar Azərbaycanın ədalətli, haqq səsinə səs verməyiblər. Bu gün isə zaman dəyişir:

 

“Bərdədə, Gəncədə, Tərtərdə törədilən genosid, hərbi cinayətlər erməni vandallığını bir daha meydana çıxartdı. Ermənistanın  Bərdəni “Smerç” tipli qadağan olunmuş kasetli raketlərdən atəşə tutması, 100-ə yaxın mülki vətəndaşımızın qətlə yetirilməsi, 300-ə qədər insanın yaralanması faktı xarici diplomatik nümayəndələrin hadisə yerinə təşkil olunan səfərləri ilə əyani olaraq bir daha dünyanın nəzərlərinə çatdırıldı. Bundan sonra beynəlxalq təşkilatların diplomatik nimayəndələri, həqiqəti qəbul edib, Ermənistanın Azərbaycan şəhərlərində mülki əhalini hədəfə almasını, hadisəni, cinayəti təsdiqlədi. Lakin yenə də bu beynəlxalq təşkilatların, diplomatik korpuslarının nümayəndələri Ermənistanı bu hərəkətinə görə pisləmədi. Ona görə də biz beynəlxalq təşkilatların bu faciələrə ədalətli münasibət sərgiləməsini, Ermənistanı sərt bir şəkildə pisləməsini gözləyirik”.

 

 

 

 

“Bu faciənin beynəlxalq miqyasda təsdiqlənməsi yaxşı çıxış nöqtəsidir”

 

Politoloq Aydın Quliyev hesab edir ki, Ermənistanın sentyabrın 27-dən başlayaraq sıravi azərbaycanlıları qətlə yetirməsi artıq bir fakt kimi öz təsdiqini tapır.

 

Onun sözlərinə görə, hətta “Human Rights Watch” kimi ermənipərəst təşkilatlar belə, bu faktları təsdiqləyiblər. A.Quliyev hesab edir ki, bizim üçün bu faciənin beynəlxalq miqyasda təsdiqlənməsi yaxşı bir çıxış nöqtəsidir:

 

“Bu faktlarla bağlı Baş Prokurorluqda 50-yə yaxın cinayət işi açılıb. Bu cinayət işlərinin özü də gələcəkdə beynəlxalq instansiyalar səviyyəsində müəyyən hüquqi prosedur işlərinin başlanması üçün əsas olacaq. Bu gün bizim üçün çox əhəmiyyətlidir ki, Pakistan və Türkiyə səviyyəsində Ermənistanın törətdiyi bu qətillər tam şəkildə təsdiq olunub, qətiyyətlə pislənilib və ona hüquqi qiymətin verilməsi tələb olunub. Artıq Azərbaycandakı diplomatik korpuslar bu faktları yerindəcə yoxlayıb, müşahidə ediblər. Bunun müharibə qanunları və müharibələr vaxtı mülki əhalinin müdafiəsi ilə bağlı beynəlxalq konvensiyalarla uyğun gəlmədiyini təsdiqləyiblər. Ermənilərin törətdiyi qətillərlə bağlı əlimizdə olan bu günkü faktlar yaxın gələcəkdə beynəlxalq miqyasda Ermənistanla bağlı xüsusi bir cinayət məhkəməsi prosedurunun başlanması üçün xeyli əsas verəcək”.

 

Politoloq bildirib ki, bu gün Qərb ölkələri bizə elə bir dəstək verməsə də, faktların mövcudluğunu da inkar etməyiblər:

 

“Bir vaxtlar Qərb ölkələri Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasına da əməli dəstək vermirdi. Bu gün isə Azərbaycan BMT qətnamələrini özü icra etməklə, həmin Qərb dövlətlərini fakt qarşısında qoyub. Qərb dövlətləri artıq Azərbaycanın o torpaqların üzərindəki hüququnu əməli olaraq təsdiq etmək məcburiyətində qalıblar. Ümid etmək olar ki,  ermənilərin törətdiyi bu qətliamlar qərb ölkələri tərəfindən də əməli şəkildə qəbul olunacaq, lazımi reaksiya veriləcək”.

 

A.Quliyev bildirib ki, ermənilər 88-ci ildən bu günə qədər azərbaycanlılara qarşı etnik siyasi zəmində soyqırımlar törətsələr də, indiyə qədər öz beynəlxalq hüquqi qiymətini almayıb. Politoloq bunu 90-cı illərdə Azərbaycanın beynəlxalq miqyasda tutduğu mövqe ilə əlaqələndirib:

 

“Bu gün Azərbaycanın mövqei tamamilə fərqlidir. 90-cı ilin əvvəllərində bizim tutduğumuz yeganə mövqe bu idi ki, Azərbaycan haqlı və ədalətlidir. Bu gün isə dövlətimiz haqlı olmaqdan əlavə, həm də hərtərəfli gücü olan bir faktor kimi ortadadır. Hansı ki, bu güc erməniləri torpağımızdan çıxmağa vadar edə bildi. Mən əminəm ki, ermənilərin törətdikləri bu cinayətlər beynəlxalq hüququn təqibi prosesində öz layiqli cəzasını alacaq”.

 

 

 

 

“Beynəlxalq təşkilatlardan Ermənistana qarşı heç bir reaksiya yoxdur”

 

Millət vəkili Fazil Qəzənfəroğlu bildirib ki, beynəlxalq təşkilatların cinayət faktlarının təsdiqləməsinin Azərbaycana hər hansı dəstək verməsindən çox, Ermənistanın bir işğalçı kimi tanınması üçün faydalıdır.

 

Millət vəkili hesab edir ki, bu prosesin birmənaı qərarla, qətnamə ilə yekunlaşmasını gözləmək olmaz:

 

“Əsas odur ki, bu istiqamətdə təbliğatımız yüksək səviyyədə gedir. Hər kəsə məlum olur ki, erməni xalqı tərbiyələnməsi  vacib, insanlıq üçün ləkə olan bir xalqdır. “Erməni xalqı” deyilən bir məhfum bütünlükdə xəstəliyə yoluxmuş, insanlığa düşmən kəsilmiş bir vəziyyətdədir. Düzdür, hər bir xalqların içərisində terrorçu, yaxud müəyyən qəddar insanlar olur. Amma  bütöv bir xalqın xəstə olması çox nadir hallarda olur. Biz erməni faşistlərini bu cür ifşa eləməklə ən azı öz təbliğatımızı aparırıq. Əsas nəticə Qarabağda alınır. Torpaqlarımızı azad edəndən sonra nəticə daha çox özünü göstərəcək”.

 

F.Qəzənfəroğlu bu hadisələrin fonunda beynəlxalq təşkilatların “demokratiya, sülh carçıları” kimi haqsız mövqedən əl çəkmələrinə ümid etməyi də mənasız hesab etdi:

 

“Çünki beynəlxalq təşkilatlar üçün haqq-ədalət boşdur. Onlar üçün yaxın, uzaq məsafələr var. Bütün hallarda dinc insanların öldürülməsinə baxmayaraq, beynəlxalq təşkilatlardan Ermənistana qarşı heç bir reaksiya yoxdur. Onlar erməni təəssübkeşliyini də qoruyurlar. Ona görə də biz torpaqları azad edib hamısını fakt qarşısında qoymalıyıq”. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı