TARİXDƏ BƏLLİ, HÜQUQDA BƏLLİ, GƏLƏCƏKDƏ BƏLLİ...

13:32 31-10-2020 | icon 402 | Siyasət
TARİXDƏ BƏLLİ, HÜQUQDA BƏLLİ, GƏLƏCƏKDƏ BƏLLİ...

Ordumuz özünün üstünlüyünü döyüş meydanında sübut etdi

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 

Prezident İlham Əliyev daha bir möhtəşəm müsahibə verib. Bəri başdan deyək ki, “İnterfax”ın əməkdaşı bir çox yabançı media orqanlarının əməkdaşlarından fərqli olaraq, jurnalistin peşə kodeksinə, hamılıqla anlayış göstərilən əxlaq normalarına uyğun suallarla çıxış edib. Biz də, öz növbəmizdə, peşəkarlığına görə “İnterfax” əməkdaşına təşəkkür edir, onun peşəkarlığının bəzi xarici həmkarları üçün örnək təşkil etdiyini vurğulamalıyıq. Ona görə də, cənab Prezidentin bir çox digər müsahibəsindən fərqli olaraq, bugün Prezidentə verilən suallar üzərində dayanmayacaq, məhz cavablar, ismarınclar haqqında fikirlərimizi bölüşməyə çalışacağıq.

 

Prezidentin xüsusi vurğu etdiyi, üzərində dayandığı məqamların, hadisələrin başında müzəffər Azərbaycan ordusu gəlir. Yəni ordumuzun Ermənistan silahlı qüvvələrindən mübaliğəsiz üstünlüyündən söhbət gedir. Söhbət ondan gedir ki, belə güclü ordu bir gerçəklikdir – parlaq gerçəklik! Qarşılığında, “yenilməz və qalib Ermənistan ordusu” isə sadəcə bir hərbi-siyasi mifdir. Unutmayaq ki, işğala məruz qalan tərəfin işğalçıdan qat-qat güclü ordu ilə döyüş meydanına girməsi, ötən illər içində görülmüş davamlı, məqsədyönlü işlərin ifadəsidir. Burada ilk növbədə itqisadi və siyasi iradə amili önplana çıxır.

 

Bəli, ordumuz özünün üstünlüyünü döyüş meydanında sübut etdi. Baxmayaraq ki, döyüşlər işğal edilmiş Azərbaycan torpaqlarında, ərazimizin dərinliyində gedirdi, elə ilk gündən “Yalnız irəli!” şüarı hərbçilərimiz üçün yol rəhbəri oldu. Doğrudur, hərb meydanında yenilən düşmən müharibədən uzaq şəhərlərdə mülki infrastruktura, dinc əhaliyə qarşı bağışlanmaz cinayətlər etdi və edir, lakin ordumuz öz xilaskarlıq missiyasından, öz peşəkar prinsiplərindən geri addım atmır, yolundan dönmür. Beləliklə, 30 ilə yaxın işğal altında saxlanmış ərazilərimizin xeyli hissəsi 30 gün içində azad olundu. 30 il və 30 gün! – bu özü hər çox şeyi ifadə edir! Onu ifadə edir ki, müzəffər Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biridir.

 

Müsahibədən ikinci mühüm fərqləndirmə rəsmi İrəvanın siyasətinin artıq ifşa olunması ilə bağlıdır. Hərb meydanında sağalmaz yenilgiyə uğratdığımız Ermənistan, öz yanlış, hiyləgər və əsilsiz siyasəti nəticəsində siyasi-diplomatik meydanda da dalana dirənib. Ermənistan hakimiyyəti öz qeyri-konstruktiv yanaşması ucbatından nə döyüşən hərbçilərinin sıradan çıxarılmasının qarşısını ala, müharibəni durdura bilir, nə də, xalqına yalanlardan arındırılmış informasiya verə bilir: Paşinyan çıxılmaz bataqlıqda, seçimi ağır yol ayrıcında qalıb. Əgər Ermənistan hərbi-siyasi rəhbərliyi işğal edilmiş Azərbaycan ərazilərinin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öz üzərinə konkret öhdəlik götürsə, Azərbaycan Silahlı Qüvvələri döyüşləri dayandırmaqda problem görməz. Nəzərə alaq ki humanitar atəşkəs rejimi üç dəfə elan olinib, hər üçündə də məhz Ermənistan hərbi-siyasi rəhbərliyinin qeyri-insani, təxribatçı təlimatları nəticəsində ciddi şəkildə pozulub; bu erməni etibarsızlığı nəticəsində onlarla mülki Azərbaycan vətəndaşı ya şəhid olub ya yaralanıb; mülki infrastruktur, dinc əhalinin ev-eşiyi dağıdılıb...

 

Biz Ermənistanın “etibar”ına bələddik, artıq bütün dünya da Gəncə, Bərdə hadisələri timsalında kimin kim, nəyin nə olduğunu dəqiq görür; ancaq Cenevrədəki ən yeni danışıqlara dair açıqlamada yenə işğalçı ilə işğala məruz qalan, mülki obyektlərə qadağan olunmuş raket atanla, yalnız legitim hərbi obyektlərə zərbə endirən tərəf eyni rəftar gördü... Neçə ki hər kəs, hər şey öz həqiqi adı ilə çağrılıb, öz həqiqi sifəti ilə tanıdılmayacaq, “humanitar atəşkəs”lərin qalıcı, etibarlı olması, sadəcə mümkün olmayacaq!

 

Cənab Prezidentin “İnterfax”a müsahibədə səsləndirdiyi fikirlər gerçək həyatda ya öncə təsbit olunub ya keçən saatlarda təsbit olundu. Erməni üzsüzlüyünü, etibarsızlığını daha böyük faciələrə yol açmadan durdurmaq bəşəri vəzifədir. Ermənistan dövlətinin “xarakter”ini, erməni hərbi-siyasi rəhbərliyinin “etibar”ını görmək, bilmək istəyənlər, Ermənistan-Azərbaycan elanolunmamış müharibəsinin tarixcəsini, bugününü və vəd etdiyi gələcəyi bilmək istəyənlər, uzağa getmədən, “İnterfax”a müsahibə də daxil olmaqla, Azərbaycan Prezidentinin son 1 ay içindəki müsahibələri ilə tanış olsa, yetərlidir.

 

Cənab Prezidentin “İnterfax”a müsahibəsindən fərqləndirmək istədiyimiz digər məqamları qısa şəkildə özətləyək: -Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir. (Bu miskin siyasətdir və perspektivi yoxdur); -Dağlıq Qarabağa həyat qayıdacaq, əmin-amanlıq qayıdacaq. (Bunu Azərbaycan dövləti edir və edəcək); -Beynəlxalq təşkilatlar müharibənin həllinə öz töhfələrini verməlidir; -Müharibənin həlli regionun sürətli inkişafına səbəb olacaq; -Müharibənin davam etməsi heç kimin marağında deyil. (Azərbaycan tərəfi bunu bilir, Ermənistan tərəfi də nə qədər tez idrak etsə, gerçəkliyi qəbul etsə, o qədər yaxşı olar. – Onsuz da, Azərbaycan öz torpaqlarını son metrinədək azad edəcək); -Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaq! Dünya birliyi 39°24', 41°54' quzey en dairələri arasında və 44°46', 50°45' gündoğar uzunluğunda bir dövlət tanıyır, o dövlətin adı tarixdə bəlli, hüquqda bəlli, gələcəkdə bəlli – AZƏRBAYCANdır!

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol