“Xalqın Ali Baş Komandanın ətrafında sıx birləşməsi tam qələbəni yaxınlaşdırır”

10:19 02-11-2020 | icon 274 | Siyasət
“Xalqın Ali Baş Komandanın ətrafında sıx birləşməsi tam qələbəni yaxınlaşdırır”

Fuad Əliyev: "Ermənistanın terrorçuluğu dövlət siyasətinə çevirdiyini bütün dünya görüb"

 

“İşğalçı Ermənistan sülh istəmədiyini, özünün təcavüzkar və terrorçu mahiyyətini bir daha nümayiş etdirib. Belə ki, artıq üçüncü dəfədir elan edilən humanitar atəşkəs rejimini kobud şəkildə pozan düşmən, Azərbaycanın dinc yaşayış məntəqələrini raket atəşinə məruz qoyub. Bundan əvvəl əldə edilən humanitar atəşkəs rejimi barədə razılaşmaları cəbhədən uzaqda yerləşən Gəncə şəhərinə ballistik raket hücumları ilə pozan Ermənistanın terrorçuluğu dövlət siyasətinə çevirdiyini bütün dünya görüb”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri qeyd edib ki, Azərbaycanın razılaşmaya birtərəfli qaydada əməl etməsinə baxmayaraq, Ermənistanın onu kobud şəkildə pozması qarşı tərəfin humanitar atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşmalardan başqa məqsədlər üçün istifadə etdiyini göstərir:

 

“Görünən odur ki, məğlubiyyətlə üzləşən Ermənistanın mövcud hərbi-siyasi rəhbərliyini nə humanitar əsaslarla atəşkəsin əldə olunması, nə də müharibənin dayandırılması maraqlandırır. Çox güman ki, işğalçı dövlət sadəcə olaraq, xarici ölkələrdən silah və terrorçu cəlb etmək üçün vaxt udmağa çalışır. Bunu Paşinyanın gah danışıqlara və güzəştlərə hazır olduğu barədə bəyanat verib, gah da Ermənistan əhalisini işğal edilmiş ərazilərimizdə ordumuza qarşı döyüşlərə səsləməsi də sübut edir”.

 

F.Əliyev deyib ki, dinc əhalimizə qarşı hərbi cinayətlərini davam etdirən Ermənistan artıq məğlub durumdadır:

 

“Onların canlı qüvvəsi də azalıb. Özləri rəsmi olaraq mindən artıq əsgər itirdiklərini elan etsələr də, reallıqda bu rəqəm dəfələrlə çoxdur. Ermənilərin yaydığı videogörüntülərdən anlaşılır ki, işğal edilmiş ərazilərimizə zorla gətirilən Ermənistan vətəndaşları döyüşmək istəmirlər. Bu onu göstərir ki, düşmən ordusunda vəziyyət çox acınacaqlıdır. Cəbhədə döyüşənlərin əksəriyyəti də Livandan, Suriyadan və digər ölkələrdən gətirilən terrorçu və muzdlulardır. Digər tərəfdən, Ermənistanın hərbi-siyasi rəhbərliyi döyüşlərə yetkinlik yaşına çatmayan uşaqları cəlb etməklə beynəlxalq konvensiyaların müvafiq müddəalarını kobud şəkildə pozur”.

 

ALDP sədrinin fikrincə, bütün bunlar onu göstərir ki, işğalçı dövlətin ordusu müzəffər Azərbaycan Ordusunun qarşısında dayanmaq gücündə deyil. Bu da onu deməyə əsas verir ki, qələbəmiz uzaqda deyil:

 

“Çünki Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda müqəddəs zəfər yürüşünə çıxıb. Rəşadətli ordumuzun qələbələrinin davamlı olmasını şərtləndirən isə Azərbaycanda mövcud olan milli birlik və həmrəylikdir”.

 

F.Əliyev onu da vurğuladı ki, ALDP də yarandığı gündən daim cəmiyyətdə birlik və həmrəyliyin əldə edilməsinə çalışıb:

 

“Cəmiyyətimizin nümayiş etdirdiyi birlik bizi çox sevindirir. Əlbəttə ki, Azərbaycan xalqının Ali Baş Komandanın ətrafında sıx birləşməsi tam və qəti qələbəni yaxınlaşdırır”. /“Yeni Azərbaycan”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin