“Beynəlxalq təşkilatlardan belə reaksiyaları gözləməyə də dəyməz” - MÜSAHİBƏ

17:58 02-11-2020 | icon 453 | Siyasət
“Beynəlxalq təşkilatlardan belə reaksiyaları gözləməyə də dəyməz” - MÜSAHİBƏ

Elman Nəsirov: “Azərbaycan qalib gəldikcə, Ermənistanın ənənəvi müttəfiqləri belə ondan üz döndərirlər

 

Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri davam edir. Belə bir vaxtda atılan təxirəsalınmaz addımlar, müharibənin ədalətli həlli ilə bağlı beynəlxalq təşkilatların sərgilədiyi mövqe xüsusilə müzakirə olunur. Dünya ictimaiyəti bir çox hallarda qərəzli yanaşmalarından əl çəkmir. Azərbaycan beynəlxalq hüququn tələbinə uyğun olaraq qəti addımlar atır və torpaqların işğaldan azad edilməsi istiqamətində inamla addımlayır. Belə bir ərəfədə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələr sırasında 1-ci yerdə Türkiyə dayanır.

 

Türkiyənin Azərbaycana rəsmi səfərləri müstəvisində verdiyi mesajlar və beynəlxalq aləmdən son proseslərlə bağlı gələn reaksiyalar nədir?

 

Versus.Az xəbər verir ki, millət vəkili Elman Nəsirov müsahibəsində maraqlı nüanslara diqət çəkib.

 

- Elman müəllim, bu gün Türkiyənin vəzifəli şəxslərinin ölkəmizə səfərləri rəsmi müstəvidə davam edir. Münaqişənin - müharibənin  hazırki nizamlanma prosesində Türkiyənin regiondakı hazırki rolunu və mövqeyini necə dəyərləndirərdiz?

 

- Bu gün Ermənistan-Azərbaycan müharibəsi davam edir. Bu müharibədə Azərbaycan silahlı qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında tarix yazır. Tarixi həqiqətləri bərpa edir, torpaqlarımzı işğaldan azad edir və müqəddəs bir missiyanı həyata keçirir. Bu işdə Azərbaycanı birmənalı müdafiə edən dövlətlər sırasında Türkiyə birinci yerdə dayanır. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Qardaş Türkiyə dövləti, onun ali siyasi rəhbərliyi başda hörmətli Rəcəb Tayyib Ərdoğan olmaqala, bütün mənalarda Azərbaycanın yanındadır. Biz Türkiyədən çox böyük mənəvi-siyasi dəstək görürük. Eyni zamanda Türkiyənin F16-nın Azərbaycanda olması bizim üçün mənəvi dəstəkdir. Prezident, Ali Baş Komandan da söylədi ki, 3-cü tərəf bu müharibəyə müdaxilə edəcəyi təqdirdə F16-lar yerdə deyil, göydə olacaq. Bütün bunlar hamısı çox böyük dəstəkdir və bu,  Türkiyənin yüksək rütbəli vəzifəli şəxslərinin Azərbaycana səfərlərində öz əksini tapır. Elə dünən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda oldu, Azərbaycan Prezidenti və xarici işlər naziri ilə görüşlər keçirdi. Türkiyənin xarici işlər naziri Prezidentlə görüşündə bildirdi ki, Bakıya cənab cumhurbaşqanı Ərdoğanın tapşırığı ilə gəlib. Türkiyə başçsı bildirib ki, indiki halda Azərbaycanı tək qoymayın, bu günlərdə hər zaman Azərbaycanın yanına gedin, mənəvi dəstək verin. Çavuşoğlu vurğuladı ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar da Azərbaycana səfər edəcək.

Eyni zamanda bilirsiz ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım da Bakıya gəlib. Türkiyə bu addımları ilə bütün dünyaya mesaj verir ki, qardaş Azərbaycan dövlətini sonadək müdafiə edəcək. Bu ilk növbədə ondan qaynaqlanır ki, Azərbaycanın işi haqq işidir, Azərbaycanın mübarizəsi haqlı mübarizədir, Türkiyə də hər zaman haqqın, ədalətin yanındadır.

 

- Atəşkəs rejimi düz üç dəfə Ermənistan tərəfindən pozuldu. Niyə beynəlxalq təşkilatlar Ermənistana sanksiya tətbiq etmir?

 

- Beynəlxalq təşkilatlardan xüsusi obyektiv bir yanaşmanı gözləməyin heç bir mənası yoxdur. Gərək o dərəcədə sadəlöv olasan ki, 30 il ərzində münaqişəyə heç bir reaksiya verməyən beynəlxalq təşkilatlardan nəsə gözləyəsən. Beynəlxalq təşkilatlardan belə reaksiyaları gözləməyə də dəyməz. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın şanlı ordusu BMT Təhlükəsizlik Şurasının indiyə qədər işləməyən 4 qətnaməsni işlək vəziyyətə gətirib. O cümlədən də ATƏT-in Minsk Qrupunun fəaliyyətini yerinə yetirir. Məşhur bir ifadə də var: “heç kəs qalibləri mühakimə etmir”. Azərbaycan qalib gəldikcə, düşmən diz çökdükcə, Ermənistanın ənənəvi müttəfiqləri belə ondan üz döndərirlər. Rusiyanın son məlum reaksiyasına fikir verin: prezident Putin  Paşinyanın məktubuna belə özü cavab vermədi. Paşinyana XİN sözçüsü vasitəsi ilə cavab verərək bildirdi ki, döyüşlər Ermənistan sərhədləri daxilində getmədiyindən ona heç bir dəstək verilməyəcək. Ermənistanı ənənəvi olaraq müdafiə edən Fransanın mövqeyi də Azərbaycan Prezidenti ilə Makronun son danışığından sonra müsbət müstəvidə dəyişdi. Və cənab Prezident Fans 24 kanalına müsahibəsində qeyd etdi ki, bu prosesdə mövqelərimiz bir-birinə zidd deyil. Artıq sabah ABŞ-da seçkilərdir və bu dövlətdə siyasi fikir məhz bununla bağlıdır. Belə bir ərəfədə ABŞ-dan Azərbaycana qarşı hər hansı bir bəyanat verilsə də, buna fikir vermək lazım deyil. Çünki erməni diasporunun, lobbisinin dəstəyini almaq üçün namizədlər istənilən bəyanatları verə bilərlər. Hər halda ABŞ müəyyən neytrallığı saxlayır. Ermənilər bu dəqiqə Con Bayderi müdafiə edirlər, amma Trampın qalib gəlmə şansı kifayət qədər böyükdür. Tramp qalib gələcəyi təqdirdə Ermənistanla Trampın münasibətlərinin necə inkişaf edəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Hesab edirəm ki, Trampın ermənilərin seçki kampaniyasına verəcəyi ianələrinə ehtiyacı yoxdur. Bütün bunlar o qənaqətə gəlməyə əsas verir ki, bu gün Azərbaycan hərbi və diplomatik cəbhədə qələbələr çalır.

 

- Eyni zamanda qeyd olunur ki, işğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər, birgə yaşayış təmin oluna bilər. Ordumuz torpaqları öz qanı hesabına azad edirsə, niyə biz yenə də ermənilərlə birgə yaşayışı müzakirə etməliyik?

 

- Danışıqlar prosesində əsas baza prinsiplərinin son müddüəlarından biri  bu məsələlərə həsr olunub. Cənab Prezident də çoxsaylı müsahibələrində qeyd elədi ki, danışıqlar getməyib, razılaşma olmayıb, çoxsaylı sualların cavabı verilməyib. Ümumiyyətlə isə bu məsələ danışıqların son mərhələsinə saxlanmışdı. Amma hər halda bu gün ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi ilə bağlı Rusiya prezidenti səviyyəsində müəyyən fikirlər səslənməkdədir. Region ölkələrinin bu prosesə qatılması məsələsi diqqətdə saxlanılır. Cənab Prezident xarici jurnalsitə müsahbəsində də 2+2 formatında olan danşıqlardan danşmışdı. Yəni Ermənistan-Azərbaycan, Türkiyə və Rusiya. Cənab Prezident bu formata müsbət reaksiyasını bildirmişdi. Söyləmişdi ki, Rusiya onsuz da danışıqlar formatonda var, amma Türkiyə yeganə dövlətdir ki, Cənubi Qafqazın hər üç dövləti ilə həmsərhəddir. Heç bir dövlətin belə unikal bir vəziyyəti yoxdur. Türkiyə regionda və dünyada söz sahiblərindən biridir, güc mərkəzidir, beynəlxalq aləmdə problemlərin həllində öz yeri, öz çəkisi və rolu var. Hesab edirəm ki, Türkiyə regionda sabitləşdirici  rol oynayır. Bu reallıqlar fonunda gələcəkdə sülhməramlılar məsələsi müzakirə oluna bilər. Prezidentin də mövqeyi belədir ki, ordakı erməni icmasının nümayəndələri bizim vətəndaşlardır, bizimlə yaşaya bilərlər. Əlbəttə, xüsusən də Xocalı soyqırımından, Ermənistanın Bərdədə, Gəncədə törətdiyi hərbi cinayət və vəhşiliklərdən, uşaqları, qocaları hədəfə almasından sonra bu çətin olacaq. Bütün bunlar müəyyən çətinliklər yaşadacaq, amma nə edək ki, bizə bu cür qonşular nəsib olub.  Bu baxımdan cənab Prezident ermənilərin 200 il ərzində Azərbaycan ərazilərində yaşadığını söylədi. Kimlər Azərbaycan qanunlarına tabe olacaq, Azərbaycan vətəndaşı olaraq yaşamağı qəbul edəcəksə, onların təhlükəsizliyinin təmin olunması ilə bağlı müəyyən tədbirlər görüləcək və yaşayışı təmin ediləcək. Amma hesab edirəm ki, bu məsələlər hələ müzakirə obyekti deyil. Bu, ən son mərhələdə müzakirə olunacaq. /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF