"Azərbaycan-Türkiyə qardaşlığı gerçəkdən də sarsılmaz və əbədidir"

18:59 02-11-2020 | icon 521 | Siyasət
"Azərbaycan-Türkiyə qardaşlığı gerçəkdən də sarsılmaz və əbədidir"

Əlisahib Hüseynov: "Qardaş ölkəmizin bu fədakarlığını və dəstəyini heç vaxt unutmayacağıq"

 

"Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyədə olması təkcə bu iki qardaş ölkənin özləri üçün yox, eyni zamanda bütövlükdə Cənubi Qafqaz bölgəsi və Türk Dünyası üçün də olduqca mühüm geosiyasi əhəmiyyət kəsb edir. Xüsusən də ölkələrimiz arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi, eləcə də hərbi sahədəki əməkdaşlığımızın prioritetə çevrilməsi bütünlükdə bölgədə sabitliyin qorunmasına xidmət edir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.
 
 
 
Partiya sədri vurğulayıb ki, Prezidentin də çoxsaylı müsahibələrində dəfələrlə qeyd etdiyi kimi, bu gün Türkiyə bölgədə sabitləşdirici qüvvə rolunda çıxış edir:
 
 
"Qardaş ölkə son zamanlar Qarabağ məsələsinin həlli ilə bağlı prinsipial mövqe tutmasaydı və proseslərə fəal şəkildə müdaxilə etməsəydi çox güman ki, Qarabağ müharibəsi iki ölkə arasında cərəyan edən məhəlli müharibə çərçivələrini çoxdan aşar və üçüncü ölkələrin də hərbi əməliyyatlara qoşulmasıyla bu bir geniş miqyaslı regional savaşa çevrilə bilərdi. Bəzi ekspertlər isə proseslərin hətta dünya müharibəsi həddinə qədər inkişaf edə biləcəyini proqnozlaşdırırdılar.
 
Lakin Türkiyənin bölgədəki proseslərə “əl qoyması” vəziyyətin bu cür kritik məcraya yönəlməsinin qarşısını aldı. Üçüncü ölkələr hərb meydanında Türkiyə kimi aparıcı NATO ölkəsi ilə qarşı-qarşıya gəlmək fikrindən daşındılar və hazırda Qarabağda gedən hərbi əməliyyatlara münasibətdə neytral mövqe nümayiş etdirməyə üstünlük verəsi oldular. Bu da bir daha qeyd edirəm ki, məhz Türkiyənin Qarabağla proseslərə fəal şəkildə müdaxilə etməsi nəticəsində mümkün oldu. Prezident İlham Əliyev də məhz bu məqamı nəzərdə tutaraq hər zaman bəyan edir ki, Türkiyə münaqişənin həllində sabitləşdirici rol oynayır. Və bu bir mübahisəolunmaz aksiomadır. Bu həqiqəti kimsə dana bilməz".
 
 
Ə.Hüseynov bu prosesdə xüsusən də qardaş ölkənin liderinin oynadığı mühüm rolu yüksək qiymətləndirdiklərini vurğulayıb. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərində ölkəmizin haqlı mövqeyini qətiyyətlə müdafiə edən Turkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana həqiqətən də təşəkkür borcumuz olduğunu qeyd edib:
 
 
"Müharibə başlanan ilk gündən Azərbaycanın yanında olduğunu birmənalı şəkildə bəyan edən və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün öz siyasi iradəsini ortaya qoyan Rəcəb Tayyib Ərdoğan bununla da yetinmədi. O həmçinin rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının rəhbər şəxslərinə, o cümlədən nazirlərə bu həssas dönəmdə Azərbaycanı tək qoymamağı və müharibə gönlərində onlara vaxtaşırı ölkəmizə səfər etmələri barədə şəxsən tapşırıq verib. Türkiyənin Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlunun da dünən Prezident İlham Əliyevlə görüşü zamanı bu məqamı xüsusi olaraq qeyd etməsi diqqətimizdən yayınmadı.
 
Yeri gəlmişkən, son 35 gün ərzində düz 3 dəfə Bakıya səfər edən Türkiyənin Xarici İşlər naziri cənab Çavuşoğlunun Ali Baş Komandanımıza “Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq”,- deyə xitab etməsi də tarixi anlardan biri idi. Onu da qeyd edək ki, məhz Ərdoğanın və Türkiyənin bir çox rəsmilərinin, eləcə də aparıcı siyasi partiyaların rəhbərlərinin Azərbaycanla bağlı verdikləri bəyanatlar, nümayiş etdirdikləri həmrəylik və mənəvi dəstək işğalçı Ermənistana göz dağı oldu və onlara həmrəyliyimizin gücünü göstərdi. Biz bütün bunları əsl qardaşlıq nümunəsi kimi dəyərləndiririk. Hazırda Türkiyənin nüfuzlu dövlət xadimlərindən biri, sabiq Baş Nazir və sabiq Məclis Sədri Binəli Yıldırımın da rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdədir. O da bu kritik savaş günlərində Ordumuza və xalqımıza, Ali Baş Komandanımıza dəstəyini əyani şəkildə ifadə etmək üçün paytaxtımıza gəlib.
 
Eləcə də Türkiyə KİV-lərinin təmsilçilərinin döyüş meydanlarından və raket zərbələrinə məruz qalan şəhər və kəndlərimizdən hazırladıqları reportajları, təşkil etdikləri canlı yayımları da ayrıca qeyd etməliyik. Bunu dövlət başçımız da dəfələrlə vurğulayıb. Onlar həqiqətən də fədakarlıq göstərərək, öz həyatlarını təhlükə altına ataraq işğalçı Ermənistanın faşist siyasətinin, vandalizminin nəticəsində ortaya çıxan tükürpərdici görüntüləri, soyqırım vəhşiliklərini bütün dünya nümayiş etdirirlər. Bütün bunlar həqiqətən də Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Biz qardaş ölkəmizin bu fədakarlığını və dəstəyini heç vaxt unutmayacağıq. Azərbaycan-Türkiyə qardaşlığı gerçəkdən də sarsılmaz və əbədidir!"
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür