“Ermənistanı çağırıb qılçalarına bağlamır, demir ki...”

19:16 02-11-2020 | icon 1072 | Siyasət
“Ermənistanı çağırıb qılçalarına bağlamır, demir ki...”

Hafiz Hacıyev: “Prezidentin xarici jurnalistlərə verdiyi cavablar ordumuzun düşmənin artilleriyasını məhv edən dəqiq atəşlərindən heç nəyi ilə fərqlənmir”

 

Bu gün cəbhədə gedən döyüş əməliyyatları Azərbaycan Ordusu üçün çox uğurlu nəticələrlə müşaiyət olunur. Ordumuz düşmənin dərin eşalonlaşdırılmış müdafiə xəttini yarır. Kəndlərimiz, şəhərlərimiz işğaldan azad edilir və Azərbaycan böyük qələbənin startında dayanıb. Ölkəmiz eyni zamanda beynəlxalq aləmin diplomatiya sahəsində qurduğu ehkamları da uğurla aşır. Ölkə ictimaiyyətinin Vətən müharibəsində itirdikləri ilə yanaşı qazandığı bir məqam xüsusilə diqət çəkir. Bu da vətən sevgisinin bütün bəndləri aşması prosesidir.

 

Versus.Az xəbər verir ki, məsələ ilə bağlı vəziyyəti şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu gün xalq, ordu, dövlət başçısının birliyi millətin artıq 30 ildir ürəyində qalan vətənin azadlığı arzusunu realaşdırır.

 

Partiya sədri bildirib ki, bu çox böyük qələbədir və şanlı ordumuz hər gün cəsarətlə irəliləyir:

 

“Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə böyük xariqələr yaradır, Azərbaycan tarixini yazır. Bu baxımdan bu günə qədər Azərbaycan xalqına öz torpaqlarını işğaldan azad etməyə imkan verməyənlər çox məyus olublar. İstər xaricdə, istərsə də daxildə dostla düşmənimiz tanındı. Gördük ki, Azərbaycan öz torpaqlarını terrorçulardan azad edən zaman ATƏT-in Minsk Qrupunda olan şarlatan dövlətlər BMT-də bizə qarşı olan qətnamə qəbul etməyə cəhdlər etdilər. Qoşulmama Hərəkatında olan dövlətlərin imzası ilə Azərbaycanın haqq səsi yenə də  eşidildi. Vaxtilə Prezident Qoşulmama Hərəkatına qoşulmaqla bağlı qərar verəndə Azərbaycanda bəzi ağzıgöyçək müxalif siyasətçilər buna qarşı çıxış edir və Prezidentin əməyini aşağılamağa çalışırdılar. Amma zaman göstərdi ki, cənab Prezident uzaqgörən siyasətçidir və zamanında doğru qərarlar verməyi bacarır”.

 

“Atəşkəs istəyirlər, amma işğalçının torpaqlarımızdan çıxarılmasını tələb etmirlər”

 

Partiya sədri bildirib ki, belə bir vaxtda erməni cinayətkarlarının mülki insanlarımızı raketlə atəşə tutub qətllər törtəməsi insanaları ruhdan salmağa yönəlib:

 

“Dinc əhalinin raket atəşinə tutulması yolverilməz haldır. Amma Ermənistanı himayə edən dövlətlərin səsi çıxmır. Onlar Ermənistanı çağırıb qılçalarına bağlamır, demir ki, niyə belə vəhşilik edirsən, sənin dinc əhali ilə nə işin?! Görürük ki, bu qədər cinayət törətmələrinə rəğmən Ermənistana qarşı sanksiya tətbiq edilmir və onlardan işğal etdikləri torpaqların azad olunması tələb edilmir. Atəşkəs istəyirlər, amma işğalçının torpaqlarımızdan çıxarılmasını tələb etmirlər. Lakin bu gün Azərbaycan xaqlı o baxımdan xoşbəxtdir ki, onun İlham Əliyev kimi sərkərdəsi var. Mən vaxtilə İlham Əliyevn müdafiəsinə qalxanda mənə qarşı çox təzyiqlər, çox ironiyalar edilirdi. Bu gün Azərbaycan torpaqlarının işğaldan azad olunmasında yeni tarix yazan Prezidentimə baxaraq, onunla bir daha qürur duyuram və hər zaman onu dəstəklədiyimə görə yanılmadığımı görürəm. Amma mənə Ramiz Mehdiyev kimi şəxslər təzyiq edib. Mən sevinirəm ki, Ali Baş Komandan torpaqların azad olunması prosesində öz imzasını qoydu”.

 

H.Hacıyev bildirib ki, atəşkəsin əldə olunması ilə bağlı immitasiya edən ATƏT-in Minsk Qrupu, beynəlxalq təşkilatlar Ermənistana sanksiya tətbiq edərək, işğalçıların Azərbaycan ərazilərindən çıxmasını tələb etməlidir. Partiya sədri siyasi təşkilat olaraq xarici dillərdə müxtəlif təşkilatlara müraciətlər ünvanladıqlarını dedi:

 

“Biz beynəlxalq ictimaiyyətdən haqq işimizi tanımasını, ədaləti bərpa etməklərini istəmişik. Erməni terrorçularının dinc əhaliyə qarşı genosidi, atəşkəsə əməl etməməsi ilə bağlı çıxışlarımız olub. Ermənistanda hakimiyyət davası gedir və ortada əziyyət çəkənlər bizim vətəndaşlardır. Gözü kor, qulağı kar dünya dövlətləri görmür ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmk üçün çaba göstərir?! O zaman niyə susurlar. Düşünürəm ki, Ermənisrtanı qızışdıran, kömək edən də ATƏT-in Minsk Qrupudur. Onlar 30 ildir bizim başımızın altına yastıq qoyurlar. Amma bu gün bunlar bizə fərq etmir. Azərbaycan irəliləyir və qəti mövqeyimizlə bugünkü duruşumuzla beynəlxalq təşkilatların ədalətli qərar vermələrinə təsir edəcəyik”.

 

MMP sədri bildirib ki, beynlxalq təşkilatların ikili mövqedən əl çəkmədiyi, bu günlərdə alman jurnalistin Prezidentlə müsahibədə səsləndirdiyi suallarla da biruzə verdi. Partiya sədri qeyd edib ki, artıq kimin nə deməsinin, yaxud hansı sualla müraciət etməsinin heç bir mənası yoxdur. Azərbaycanın qəti mövqeyi var və o həm hərbi, həm diplomatik sahədə çox qətiyyətli şəkildə addmlayır.

 

H.Hacıyevin fikrincə, Azərbaycan Prezidentinin bütün müsahibələrində verdiyi dəqiq cavablar bu gün ordumuzda düşmənin artilleriyasını məhv edən dəqiq atəşlərdən heç nəyi ilə fərqlənmir:

 

“Xarici jurnalistlərin ölkə Prezidentinə qərəzli suallar verməsi ikrah hissi doğurur. Necə yəni, mən niyə öz torpaqlarımı işğaldan azad etməməliyəm? Biz xarici təşkilatların, jurnalistlərin nazı ilə oynamamalıyıq. İndiyə qədər özümüzü uşaq kimi aparmışıq. İndi o zaman deyil. Azərbaycan dövləti güclüdür və onu güclü edən ağıllı, səriştəli Lideri var, güclü ordusu və onun arxasında dayanan xalqın vahidliyi var. Qoy beynəlxalq təşkilatlar sevinsin ki, biz onların icra edə bilmədikləri qətnamələri yerinə yetirməklə itirdiyi nüfuzlarını geriyə qaytarırıq”.

 

“Ermənistanı çağırıb qılçalarına bağlamır, demir ki...”

 

H.Hacıyev hesab edir ki, bu gün Azərbaycan sərhədlərində heç bir sülhməramlıdan söz gedə bilməz. Öz ordumuz var və o da sərhədlərimizi qorumalıdır:

 

“Niyə erməni mənim torpağımda qalmalıdır. Erməni burda qalmaq istəyəcəksə, o zaman İrəvandan, Göyçədən, Zəngəzurdan deportasiya edilən xalqımız da öz evlərinə qayıtmalıdır və orada onlara muxtariyyat verilməlidir”.

 

Partiya sədri Türkiyənin xarici işlər nazirinin və digər səlahiyyətli nümayəndələrinin Bakı səfərini yüksək qiymətləndirib:

 

“Onlar bizim qardaşlarımzıdır. Biz bir ana bətnində böyüyən övladlarıq, bir milət iki dövlətik. Gələcəkdə lap bir millət, bir dövlət də ola bilərik. Biz Türkiyəyə minnətdar olmalıyıq. Biz onlara həyatımızı qurban verməyə hazır olmalıyıq. Pakistan da eyni ilə hörmətə layiqdir. Bu gün Türkiyədən gələn hər insan bizim canımızdır və biz bu vəziyyəti onlarla müzakirə etməliyik”.

 

H.Hacıyev eyni zamanda deyib ki, bu gün Türkiyənin regiona daxil olması çoxlarını qorxudur. Türkiyə-Azərbaycan birliyinə maneçilik törətmək istəyirlər:

 

“Amma Türkiyə regionun güc dövlətidir və bizi tək qoymayacaq. Dünya Azərbaycan-Türkiyə birliyinə mane olmaq istəyir. Düşünür ki, biz birləşəndən sonra Göyçəni, Zəngəzuru, İrəvanı da azad edə bilərik. Ona görə də daim Türk Birliyinə mane olmağa çalışırlar, qorxurlar. Biz bu gün daxili birliyimizin parçalanmasına yönəlik bir şeydən qorumalıyıq. Eşq olsun Azərbaycan-Türkiyə birliyinə, eşq olsun Azərbaycan Türkiyə qardaşlığına”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı