Düşmənin yaşayış məntəqələrimizə atdığı top mərmisi və raket aşkarlandı - FOTO

05:52 03-11-2020 | icon 369 | Müharibə
Düşmənin yaşayış məntəqələrimizə atdığı top mərmisi və raket aşkarlandı - FOTO

Noyabrın 2-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 31 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən bir müraciət daxil olub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb. 

 

Bildirilib ki, daxil olmuş 32 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Qaraxanlı, Hacılar, Muğanlı, Avşar kəndləri, Ağdam rayonunun Sarıcalı, Bərdə şəhərinin Nizami, R.Rza küçələri, Füzuli rayonunun Şükürbəyli kəndi, 2-ci və 5-ci Zobcuq qəsəbələri, Goranboy rayonunun Qızılhacılı, Aşağı Ağcakənd kəndləri, Tərtər rayonunun Düyərli, Borsunlu, Qaynaq, Qazyan, Yuxarı Sarıcalı kəndləri, N.Nərimanov, Ş.Həsənov, E.Səfərov və Bağırov küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. 

 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 122 mm-lik raket, 1 ədəd raketin hissəsi, 22 ədəd bombacıq və 58 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Agentliyin Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Qeyd edək ki, noyabrın 2-də Agentliyin əməkdaşı Zeynalov Telman Bəbir oğlu Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minaya (PMN-Э) düşüb. Partlayış nəticəsində sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin