İki il analarının çürüyən meyidi ilə yaşadılar - FOTO

06:04 03-11-2020 | icon 437 | Maraqlı
İki il analarının çürüyən meyidi ilə yaşadılar - FOTO

Polislər evdən çıxarmağa gəldikləri qadının qalıqlarını tapıblar. Onun uşaqları isə iki il çürüyən meyitə toxunmayaraq, onun qalıqları ilə birlikdə yaşayıb.

 

“Daily Mail”in məlumatına görə, dəhşətli hadisə ABŞ-ın Tennessi ştatının Neşvll şəhərində qeydə alınıb.

 

Devidson dairəsinin polisləri 56 yaşlı Larinda Collinin qalıqlarını çarpayıda aşkarlayıblar. Onlar evə mərhumun Entoni adlı qardaşı ilə gəliblər. O, qadının uşaqlarından birindən analarının nə vaxt öldüyünü soruşub. Məlum olub ki, amerikalı 2017-ci ilin əvvəlində dünyasını dəyişib.

 

“Orada heç bir şey qalmayıb. Ancaq sümüklər”, - deyə Entoni bildirib.

 

Collinin əqli qüsurlu dörd yetkin övladının hamısı, ən azı iki il analarının qalıqları ilə birlikdə yaşayıb. Entoni bacısı ilə çox yaxından ünsiyyət qurmadığını, ancaq mütəmadi olaraq ona zəng etdiyini iddia edir. Son illərdə uşaqları telefonu götürüb cavab verirmişlər ki, anaları hazırda danışa bilmir.

 

Uşaqlarla söhbət əsnasında məlum olub ki, onlar mərhumun son vəsiyyətini yerinə yetiriblər: qadın ona toxunmamalarını və heç kimə zəng etməmələrini tapşırıbmış.

 

Collinin qalıqları ekspertizaya göndərilib. Ölümünün səbəbi hələ məlum deyil. Ancaq polis ölümün zorakılıq nəticəsində baş verdiyini düşünmək üçün bir səbəb olmadığını deyib.

 

Qadının dörd övladı müvəqqəti mehmanxanaya yerləşdirilib. Sosial xidmətlər onlar üçün qəyyum axtarır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI