Ət yeməyən insanlar koronavirusa tez yoluxur - SƏBƏB

07:10 03-11-2020 | icon 750 | Sağlamlıq
Ət yeməyən insanlar koronavirusa tez yoluxur - SƏBƏB

"Ət yeməmək hüceyrələrin zəifləməsinə səbəb olur. Yüksək protein maddələri qəbul etmədikdə, insan koronavirus da daxil olmaqla bir çox yoluxucu xəstəliklərə asanlıqla yoluxur"

 
 
Versus.Az xəbər verir ki, bunu həkim-epidemioloq Olqa Nenastina “RİA Novosti”yə müsahibəsində danışıb.
 
 
Gündəlik qida rasionunda heyvan mənşəli məhsullar xüsusi yer tutur, çünki bir çoxu insan bədənində sintez olunmayan, amma həqiqətən ehtiyac duyduğu vacib vitamin mənbələri ehtiva edir. Bunlar xüsusən B2 və B12 vitaminləridir - hematopoezdə, sinir və həzm sistemlərinin işində vacib rol oynayır, eyni zamanda dəri və selikli qişaların vəziyyətindən də cavabdehdirlər.
 
 
Bundan əlavə, özlərini heyvan məhsullarından məhdudlaşdıran insanlarda şəkərli diabet, bronxial astma, artrit və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola biləcək çox doymamış yağ turşularının (PUFA) çatışmazlığı meydana gələ bilər.
 
 
 
Terapevt Yelena Tixomirova da bənzər fikri jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, vegetarianlıq COVID-19-a yoluxma riskini artırır, vegetarian “təcrübəsi” uzandıqca immunitet də bir o qədər azalır. Bundan əlavə, vegetarianlıq bir sıra xroniki xəstəliklərə səbəb olur. /Medicina.az/
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...