“Latsio”nun sözçüsü

11:19 03-11-2020 | icon 379 | İdman
“Latsio”nun sözçüsü

“Biz Sovet İttifaqında olduğu kimi məlumatları gizlətmirik”

 

“Latsio” klubunun ictimaiyyətlə əlaqələr xidmətinin direktoru Stefano de Martino, komandadakı koronavirus ilə əlaqədar vəziyyəti şərh edib.

 

Bu barədə “Corriere Dello Sport” nəşri məlumat yayıb.

 

Bildirilib ki, İtaliya klubu virusa yoluxanların sayını açıqlamaqdan imtina edib.

 

“Problem hər zaman eynidir - çoxu oxuduqlarından və ya radioda eşitdiklərindən təsirlənir. Biz Sovet İttifaqında olduğu kimi məlumatları gizlətmirik”, - deyə Stefano de Martino qeyd edib.

 

İttihamlara cavab verən ictimaiyyətlə əlaqələr xidmətinin direktoru birjanın qaydalara riayət etməli olduqlarını xatırladıb.

 

“Digər klubların necə davrandığı bizi maraqlandırmır. Prezidentimiz hər zaman qanunlara riayət edilməsini istəyir. Hər şeyi danışmalıyıq kimi bir qayda yoxdur. Aşkar uyğunsuzluqlar var idi və biz tələsmirdik. Oyunçuların adlarını və soyadlarını qeyd etmək tələb olunmur. Futbolçular bunu sosial şəbəkələrdə edə bilərlər. Cəmiyyətin tələblərinə hörmət edirik, amma mən eyni zamanda müxtəlif absurd şeylər eşitmişəm”, - deyə Stefano de Martino fikrini tamamlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin