Erməni rejissora Zelenskidən CAVAB

15:23 03-11-2020 | icon 432 | Dünya
Erməni rejissora Zelenskidən CAVAB

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevi Azərbaycana fosfor bombası satmaqda günahlandıran erməni əsilli rusiyalı rejissor, film sənayesindəki həmkarı Sarik Andreasyana emosional cavab verib.

 

Müvafiq mesaj V.Zelenskinin rəsmi “Telegram” səhifəsində görünüb.

 

Dünən Sarik Andreasyan “Instagram”da Ukrayna prezidentinə müraciət edərək, V.Zelenskini Azərbaycana fosfor bombası satmaqda günahlandırıb. Cavabında V.Zelenski bunu Rusiya feyki və təşviqatı adlandırıb.

 

"Sarık, başa düşürəm ki, bu həqiqətən ağrılıdır. Həqiqi bir müharibənin nə olduğunu öz gözlərinlə görmək dəhşətdir. Yalnız... Qətiyyən başqalarının feykini daşımaq rolunu öz üzərində gəzdirməyə ehtiyac yoxdur.

 

Rus təşviqatında nəyi nə üçün edildiyi və niyə tamamilə yalan danışıldığını başa düşürəm. Amma səni qətiyyən anlamıram, çünki Ukrayna heç vaxt, heç yerə fosfor bombası göndərməyib. Ümumiyyətlə. Xüsusən də artıq qızışan və nələri isə “geosiyasi həll etmək” istəyən bir çox “dəliqanlıların” olduğu yerə”, - deyə Ukrayna prezidenti yazıb.

 

V.Zelenski Qarabağ müharibəsində iştirak ittihamlarını yaxın adamdan eşitməsindən də qəzəblənib.

 

“Düzü, evimin qapısını açdığım, daxili dünyamı və dəyərlərimi bilən şəxsin başqasının təşviqatına bu qədər asanlıqla uyduğu üçün çox təəssüflənirəm. Məndən şəxsən soruşmaq olmazdı?” - o yazdı.

 

Zelenski, Ukraynanın hər hansı qanlı qarşıdurmalara qarşı çıxdığını vurğulayıb və ermənilərə “məşhur  təşviqatla təmasdan sonra əllərini daha tez-tez yumalarını” tövsiyə etdi. 

 

“Yenə də, Sarık, sənə bir sualım var... Müharibə Ukraynaya gələndə və uşaqlarımız öləndə haradaydın? Erməni mənşəli Ukrayna vətəndaşları öldükdə, hansı ki, bir-iki yox, onlarla idi... O zaman təcavüzə qarşı şəxsən nə dedin? Heç nə...”, - deyə Ukrayna prezidenti onu riyakarlıqda ittiham edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı