Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi...

16:19 14-09-2018 | icon 60 | Gündəm
Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi...

Sentyabrın 14-dən etibarən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi ərazi üzrə polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində də həyata keçiriləcək.

 

DİN-dən Versus.Az-a verilən məlumata görə, Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar həftənin 6 günü saat 9-dan axşam saat 18:00-dək yeni nəsil şəxsiyyət vəsiqələri almaq üçün Baş İdarəyə müraciət edə bilərlər.

 

Qeyd edək ki, yeni vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir.

 

Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə respublikanın Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Hamıya silah paylanacaq"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

“Instagram”dan yeni funksiya

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb