Ümid Partiyası seçkiyə qatılmamağa qərar verdi

15:17 10-02-2018 | icon 554 | Siyasət
Ümid Partiyası seçkiyə qatılmamağa qərar verdi

Bu gün Ümid Partiyası Ali Məclisinin növbəti sessiyası keçirilib. Sessiyada aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət müzakirə olunub.

Ümid Partiyasının Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, partiyanın sədri İqbal Ağazadə ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibəti ilə bağlı geniş məruzə edib.

İqbal Ağazadə Partiyanın prezident seçkilərində namizədiylə iştirakının partiyanın Nizamnaməsinə uyğun olaraq, Qurultayın səlahiyyətində olduğunu vurğulayıb və partiyanın növbəti Qurultayının may ayının 28-də keçirilməsinin bəyan edildiyini nəzərə alaraq, hüquqi baxımdan növbədənkənar Qurultayın keçilməsinin zaman etibarı ilə qeyri-mümkün olduğunu bildirib.
Məruzə və çıxışlarda Ümid Partiyasının aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməməsi təklifi səsləndirilib.
Ali Məclis Ümid Partiyasının 11.04.2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etməməsi haqqında qərar qəbul edib. Bildirilib ki, seçkiyə qatılanların da, qatılmayanların da özlərinin arqumentləri var:

“Hər kəs öz arqumentlərində haqlıdır. Biz seçkilərdə iştirak etməsək də, hər kəsin fikirlərinə, qərarlarına hörmətlə yanaşırıq. Üzvlərimiz isə fikirlərində sərbəsdir. Seçkidə iştirak edib-etməyəcəklərinə, kimə səs verib-verməyəcəklərinə özləri qərar verə bilər”.

Ali Məclis ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı hakimiyyətə və müxalifətə müraciət edib:

“Biz buradan hakimiyyətə səslənirik:
Ümid Partiyası olaraq, hər zaman barış və dialoqun tərəfdarı olmuşuq. Azərbaycan dövləti və dövlətçiliyi, Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı, onun maraqları üçün hər hansı bir təhlükə varsa, bu cəmiyyətlə açıq paylaşılmalı, siyasi institutlarla müzakirə olunmalı, birgə qərar qəbul olunmalıdır. Dövlət və dövlət maraqları naminə bütün xarici təhlükələrin qarşısını almağa sizlərlə birgə hazırıq və özümüzü də sizin qədər bu məsələlərdə məsul bilirik.

Müxalifətə müraciət edirik:
11 aprel seçkiləri nə sondur, nə də başlanğıc. Demokratikləşmə, ölkəmizi və xalqımızı gözləyə biləcək təzyiq və təhdidlər üçün mütləq bir arada olmalı, birgə səy göstərməli və demokratikləşmə layihəsi hazırlamalıyıq”.

Həmçinin Ümid Partiyasının Ali Məclisi qarşıdan gələn Novruz Bayramında əfv fərmanı ilə siyasi məhbusların hamısının azadlığa buraxılması üçün hakimiyyətə çağırış edib.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”