RAZİL VƏLİYEVİN Azərbaycan Ordusunun xilaskarlığı ilə bağlı ÜRƏK SÖZLƏRİ

15:49 05-11-2020 | icon 1068 | Mədəniyyət
RAZİL VƏLİYEVİN Azərbaycan Ordusunun xilaskarlığı ilə bağlı ÜRƏK SÖZLƏRİ

Qardaş tatar xalqının yaşayan ən böyük ziyalılarından biri – Tatarıstanın Xalq şairi, Dövlət Mükafatı laureatı, uzun illər Tatarıstan Dövlət Şurasının deputatı, Komitə sədri və Rəyasət heyətinin üzvü olmuş Razil Vəliyev Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan yeni xilaskarlıq hərəkatı ilə bağlı ürək sözlərini Azərbaycanlı dostları ilə bölüşüb.

 

Versus.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəxsi "Facebook" hesabında paylaşım edib və görkəmli Xalq şairinin ürək sözlərini oxucuların diqqətinə çatdırıb.

 

Görkəmli Xalq şairinin ürək sözlərini təqdim edirik:

 

"Son aylarda Qarabağdakı qanlı hadisələri narahatlıqla izləyirik. Azərbaycan xalqı bizim qardaş, xalqımızdır, bizi doğma qanımız birləşdirir. Biz Sizin uğurlarınıza və qələbələrinizə sevinirik, Siz kədərlənəndə Sizinlə birgə qayğılanırıq. Azərbaycan bu gün dövlətinin suverenliyi, Vətəninin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir! Biz bütöv Vətən üçün həlak olan qəhrəmanların ruhu qarşısında baş əyir və onların yaxınlarına, dostlarına başsağlığı veririk.

Zəngin tarixə və yüksək mədəniyyətə sahib olan azərbaycanlılara dərin hörmətlə,

Tatarıstanın Xalq şairi Razil VƏLİYEV".

 

**

 

Мөхтәрәм Ганира Пашаева! Хөрмәтле Әкъбәр бәй Гошалы! Хөрмәтле каләмдәшләр! Кадерле Әзәрбайҗан дуслар! Без соңгы вакытта бик борчылып Карабахтагы канкойгыч вакыйгаларны күзәтәбез. Әзәрбайҗан халкы - безнең кардәш, тугандаш халкыбыз. Без сезнең уңышларыгызны, җиңүләрегезне күреп куанабыз, кайгы-хәсрәт килгәндә сезнең белән бергә кайгырабыз. Бүгенге көндә Әзәрбайҗан үз дәүләтенең бөтенлеге, үз ватанының бүленмәс җирләре өчен гадел көрәш алып бара. Ә гаделлек җиңәргә тиеш! Без Изге Ватан өчен сугышта һәлак булган каһарманнар алдында баш иябез, аларның туганнарының, дусларының олы кайгысын уртаклашабыз.

Бай тарихлы, бөек мәдәниятле әзәрбайҗан халкына олы ихтирам белән,

Разил ВӘЛИЕВ, Татарстанның Халык шагыйре."

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF