Millət vəkili Azərbaycan və Türkiyə aydınlarına çağırış səsləndirib

15:43 15-09-2018 | icon 454 | Cəmiyyət
Millət vəkili Azərbaycan və Türkiyə aydınlarına çağırış səsləndirib

Millət vəkili Qənirə Paşayeva Azərbaycan Aydınlar Ocağının Türkiyə Anadolu Aydınlar Ocağı ilə birgə Gəncliyə Yardım Fondunda təşkil etdiyi "Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi"nə həsr olunmuş elmi praktiki konfransda çıxışında Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyərək sözlərimə başlamaq istəyirəm deyib.

 

Versus.Az-ın məlumatına görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib.

 

Millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki, Nuru Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. Eyni zamanda 1915-ci ildə Çanaqqala döyüşündə iştirak edən Azərbaycan Türklərinə.

 

Millət vəkili Q.Paşayeva dövlət başçısı İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün bir azdan Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək  deyib. Azərbaycanın bayramı bütün Türk dünyasının bayramı olmalıdır, sevincimiz də kədərimiz də ortaq olmalıdır deyən millət vəkili Q.Paşayeva Türk dünyası gəncliyini ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb.

 

Tədbir çərçivəsində millət vəkili Q.Paşayevaya Türkiyənin Qazilər və Şəhid ailələri cəmiyyətləri, hərbçiləri və bir sıra qeyri-hökumət təşkilatları tərəfindən bu gün - 15 sentyabrla bağlı milli anlam daşıyan materiallar və hədiyyələr təqdim ediblər.

 

Millət vəkili Qənirə Paşayeva Bakı Slavyan Universitetində "Bilik günü" ilə bağlı keçirilən tədbirdə də iştirak edib və çıxışında müəllim və tələbələri "Bilik günü" münasibətilə, eyni zamanda hər kəsi 15 sentyabr - Bakının qurtuluşu günü münasibətilə təbrik edib, çağırışlar səsləndirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin