Solo konsert baş tutdu

11:11 17-09-2018 | icon 216 | Mədəniyyət
Solo konsert baş tutdu

“Mənə mənəvi dəstək olduqları üçün bütün tamaşaçılara təşəkkür edirəm”.

 

Versus.Az xəbər verir ki, bunu özünün solo konsertindən sonra Nisbət Sədrayeva bildirib.

 

Qeyd edək ki, sentyabrın 16-da Azərbaycan "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan "Muğamat var olan yerdə" Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 2015-ci il Televiziya Muğam müsabiqəsinin qalibi Nisbət Sədrayevanın solo konserti baş Tutub. Nisbət Sədrayeva bildirib ki, bu layihə hər il keçirilir:

 

"Solo konsertin vaxtı mövsümün açılışı ilə əlaqədar sentyabra, daha doğrusu, sentyabrın 16-na təyin olundu. Mövsümün açılışını etmək mənim qismətimə düşdü. İnanıram ki, uğurlu başlanğıcdır".

 

Muğam müsabiqəsi qalibi vurğulayıb ki, konsert əlamətdar hadisə ərəfəsinə təsadüf edir:

 

"Məlum olduğu kimi, hər il sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin doğum günü Milli Musiqi Bayramı kimi qeyd olunur. Bu dəfə Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməmişdim. Ancaq gələcəkdə bu istiqamətdə layihələrimiz olacaq".

 

Solo konsertdə Mərhum Azərbaycan Respublikasının Xalq Artisti Ağaxan Abdullayevin ailəsi Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri Arif Babayev və Tələbə Gənclər Təşkilatlarının sədrləri, KİV və QHT rəhbərləri, "Azərbaycan İnciləri" Facebook dəstək kompaniyasının Layihə rəhbəri Nicat Müslümov iştrak ediblər.

 

N.Sədrayeva mənəvi dəstəyə görə bütün tamaşaçılara və rəsmi yayım hüquqçusu olan Azərbaycan "Mədəniyyət" kanalının rəhbərliyinə, eyni zamanda Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə minnətdar olduğunu vurğulayıb.

 

MİRVARİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?