“Qələbə həm də Türkiyə üçün çox önəmli idi”

07:35 06-11-2020 | icon 538 | İdman
“Qələbə həm də Türkiyə üçün çox önəmli idi”

“Həm Türkiyə, həm də “Sivasspor” üçün qazanmaq çox önəmli idi”.

 

“Sporx”in məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “Sivasspor” komandasının baş məşqçisi Rıza Çalımbay deyib.

 

“Qrupda hər oyun qol vurduq, problem yaşamadıq. Bu oyuna yaxşı köklənmişdik. Sona yaxın yorğunluq ortaya çıxdı. 5 gün ərzində 2 qarşılaşma keçirdik. Sabah və ondan sonrakı gün yüngül məşq edəcəyik, sonra isə  “Qalatasaray”la qarşılaşma olacaq. Bu temp yorucu olur”, - deyə R.Çalımbay bildirib.

 

Təcrübəli baş məşqçi bildirib ki, heyət tam olsaydı, “Vilyareal” qarşılaşmasının nəticəsi də başqa cür ola bilərdi.

 

“Qalatasaray”la qarşılaşmadan sonra fasilə bizə müsbət təsir edəcək. İki gündən bir oyun oynamaq asan deyil, bəzən istəmədiyimiz şeylər olur. 21 oyunçu yazdırmışıq, zədəlilərin əvəzinə heyətə əlavələr də edə bilmirik. Bizə gələn hər kəs qapanır, ona görə biz də qapandıq. Səfərdə yaxşı oynayırıq. Səfərdə hər kəsi məğlub edə bilərik. “Vilyareal”la qarşılaşmanı da bilmək olmaz”, - deyə R.Çalımbay qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı