Tərk edilmiş həbsxananı bahalı hotelə çevirdilər - FOTO

07:47 07-11-2020 | icon 567 | Maraqlı
Tərk edilmiş həbsxananı bahalı hotelə çevirdilər - FOTO

Böyük Britaniyanın Kornuoll qraflığında 18-ci əsrə aid həbsxana bahalı hotelə çevrilib.

 

“The Sun” xəbər verir ki, qurucular binanın görünüşünü mümkün qədər qorumağa çalışıblar: oteldəki bütün otaqlar keçmiş hücrələrin birləşməsindən yaranıb.

 

2021-ci ilin fevralında açılması planlaşdırılan hoteldə bir gecənin qiymətin 130 funt sterlinqdən (təxminən 290 AZN) başlayacaq. Ziyarətçilərə üç növ otaq təqdim ediləcək: klassik, ailə üçün və xüsusi salona çıxışı olan qubernatorluq.

 

Həbsxana dəhlizlərinin görünüşü də qorunub saxlanılsa da, onlar şüşə tavanla bəzədilib. Hotelin restoranı, bistrosu və barı olacaq.

 

Bodma Həbsxanası 18-ci əsrin sonunda inşa edilib və 1927-ci ilə qədər fəaliyyət göstərib. Birinci Dünya Müharibəsi dövründə binada Qiyamət Günü kitabı və monarxların tacqoyma reqaliyası da daxil olmaqla krallığın xəzinələri saxlanılıb. Son 20 ildə həbsxana tərk edilib, ancaq orada bələdçi turları davam edib. Hotelin açılışından sonra da tur sifariş etmək mümkün olacaq - binanın bir hissəsi yenidən qurulmayıb və əvvəlki görkəmini qoruyub saxlayır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI