Ermənilərin ərazilərimizə atdıqları partlamamış hərbi sursatlar zərərsizləşdirildi - FOTO

10:58 08-11-2020 | icon 448 | Müharibə
Ermənilərin ərazilərimizə atdıqları partlamamış hərbi sursatlar zərərsizləşdirildi - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Naftalan, Füzuli, Şəmkir, Tərtər rayonları, Gəncə və Yevlax şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 94 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub.

 

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 96 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Qaraxanlı, Şənlik, Avşar, Aşağı Avşar, Minəxorlu, Hüsülü kəndləri, Tofiq İsmayılov küçəsi, Ağdam rayonunun Orta Qışlaq, Əfətli, Kolqışlaq, Mirəşelli, Çəmənli, Baharlı, Böyüklü, Sarıcalı, Zəngişalı kəndləri, Baharlı-2 qəsəbəsi, Bərdə rayonunun Yeni Əyricə, Zümürxan, Otuzikilər, İmamqulubəyli, Ərəblər, Nazırlı, Quşçuluq, Əyricə kəndləri, Nüşabə küçəsi, Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndi, Füzuli rayonunun Şükürbəyli, Yuxarı Veysəlli kəndləri, üçüncü və beşinci Zobcuq qəsəbələri, Şəmkir rayonunun Aşağı Seyfəlli kəndi, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Ələsgərli, Qaynaq, Sarıcalı, Yuxarı Sarıcalı, Yenikənd, Köçərli, Keçəlli, Səhləbad, Güyərli, Əskipara kəndləri, Naxır qəsəbəsi, E.Səfərov, H.Aslanov, Vaqif küçələri, Gəncə şəhəri Kəpəz rayonu, Yevlax şəhəri Aran qəsəbəsi Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 77 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı səkkiz ədəd partlamamış hərbi sursat (PHS), üç ədəd 9N235 bombacığı, üç ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 45 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Agentliyin partlayış qrupu tərəfindən üç ədəd partlamamış hərbi sursat (PHS), üç ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 25 ədəd piyada əleyhinə mina (24 ədəd PMN və bir ədəd PMD-6) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı