Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

12:31 17-09-2018 | icon 113 | Gündəm
Nazirlik məktəblərdə monitorinqlər aparmalıdır - BƏYANAT

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatının iclası keçirilib.

 

İclasda ümumtəhsil müəssisələrində vəziyyətlə bağlı bəyanat qəbul olunub. Versus.Az-ın məlumatına görə, Bəyanatda deyilir:

 

Təhsil Nazirliyi hər il bəyan edir ki, ümumtəhsil müəssisələrində şagirdlərdən pul yığılmır, bütün məktəblər kitablarla təmin olunub. Amma tədris ilin ilk günlərindən məlum olur ki, məktəblərdə kitablar şagirdlərə çatmır. Kitablar pulsuz verilməlidir, amma buna baxmayaraq, müəllimlər kitab çatmayan şagirdin valideyninə “gedin, alın bazardan” mesasjını verir. “Müəllimlər günü”nə indidən pul yığmağa başlanıb.

 

Dərs ilinin yeni başlamasına baxmayaraq artıq valideyn iclasları keçirilir. Çox təəssüflər ki, bu iclaslar valideynlərə “Müəllimlər günü”nə hazırlıqla bağlı bir xəbərdarlılqdır. Dövlətin qadağan etdiyi, amma heç bir məktəbin əməl etmədiyi pul yığmaları davam edir və bunun qarşısını heç bir halda almaq mümkün deyil. Şagirdin pul yiğma aksiyasına qoşulmaması bir başa onun müəllimlə münasibətinə çox ciddi təsir edir. Fonda pulu, test pulu prosesinə də indidən start verilib”.

 

ALDP bəyan edir ki, bu neqativ halların qarşısını almaqdan ötrü Təhsil Nazirliyi məktəblərdə monitorinqlər aparmalı və təhsil şöbələrinin müdirləri ilə intensiv görüşlər keçirməli, valideynləri “soyan” məktəb direktorları üzə çıxarılmalı və cəzalanmalıdırlar.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi