ŞUŞADA ŞƏHİD RUHLARI YALLI GEDİR

16:55 08-11-2020 | icon 1318 | Köşə
ŞUŞADA ŞƏHİD RUHLARI YALLI GEDİR

Biz də sizə qoşuluruq, vətən oğulları, ruhunuz şad olsun...

TAHİRƏ QAFARLI

 

Şuşa azad edildi. Azərbaycan əsgərinin qanı hesabına, Ali Baş Komandanın rəhbərliyi, cəsarəti hesabına, xalqın birliyi, torpağına sevgisi, inamı, torpaq uğrunda savaşmaq, uğrunda ölməyi bacarmaq əzmi hesabına!..

 

Şuşa azad olundu... Uğrunda igidlik səlnaməsini yazan, torpağı öz qanı ilə dirçəldən şəhid ruhlarının, torpaqlarımızdan can alan doğma nəfəsin, döyüşən əsgərinə verdiyi ruhun hesabına...

 

Şuşa azad olundu. İgid oğullarının qanı, canı hesabına...

 

İndi orda şəhid ruhları başını qaldırır, qamətini dikəldir, ayağa qalxır. AZƏRBAYCAN Mübarizlərin, Əlyarların, Cavanşirlərin, Albertlərin, Poladların və digər şəhidlərimizin ruhu ilə birlikdə yenidən oyanır və bu möhtəşəm, azadlıq tarixini yazır.

 

Bu gün TORPAQ UĞRUNDA ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN O VƏTƏN OĞULLARININ RUHLARI azad torpaqlardan bizə baxır, şərəflə!

Və bu gün Şəhidlərimiz azad etdikləri o torpaqlarda yallıya alay tutublar. Bu yallı alayı Azərbaycanımızın dörd bir yanında zəncir kimi bir-birinə bağlanıb, düşmən qarşısında sərhəd qurub, haray çəkirlər. Şəhidlərimiz yallıya alay qurur.

 

Hələ qabaqda LAÇININ, KƏLBƏCƏRİN, XANKƏNDİNİN, XOCALININ, AĞDAMIN, AĞDƏRƏNİN tam azad olunacağı günlər var!

Biz şəhid ruhundan canlanaraq, ruh alaraq o yallı alayına qoşulub bütöv şəkildə Koroğlu üverturasının sədaları altında yallı gedəcəyik...

 

Bu gün bir bayram əhvalı yaşanır. Şəhid ruhları Şuşanın dağlarında bir örpək kimi, bir çətir kimi qoruduğu vətəni həm də əzizləyir...

 

Şəhid ruhları yallı gedir azad etdiyi torpaqlarımızda.

Şükr edirəm. Azadlığın mübarək Azərbaycan! Şəhidliyin mübarək Azərbaycan! Şəhidlərin qanı ilə ucalan, sevilən, yaşayan Azərbaycan! Səni sevirəm, şəhidlərinlə canlanan, qazilərinlə yaşayan, döyüşçülərinlə öyünən Azərbaycanım! O böyük bayramın - tam azadlığına qovuşacağın gün GƏLİR...

 

Şuşanın dağlarında, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda alay tutan ŞƏHİDLƏR yallıya başlamaq üçün gözləyir.

 

İşğalda qalan torpaqlar tam azad olunandan sonra o yallı alayı tam qurulacaq, Xankəndindən uzanan əllər qovuşacaq...

 

Və budur... şəhidlərin ruhu yallı gedir... gözlərimiz ağlayır, üzümüz gülür...

Biz də sizə qoşuluruq, vətən oğulları, ruhunuz şad olsun...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı