31 vaqon relsdən çıxdı
Rusiyada Novosibirsk bölgəsinin Qərbi Sibir dəmir yolunun Tatarskaya stansiyasında yük qatarının 31 vaqonu relsdən çıxıb.
Bu barədə “İnterfaks” xəbər verib.
Məlumata görə, hadisə nəticəsində zərərçəkən yoxdur.
Bildirilir ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün Tatarskaya və Omsk stansiyalarına bərpa qatarları göndərilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"