"Bayrağımızın külli Qarabağda dalğalanmasını arzulayıram"

09:26 09-11-2020 | icon 314 | Siyasət
"Bayrağımızın külli Qarabağda dalğalanmasını arzulayıram"

İqbal Ağazadə: "Dövlət rəmzlərimizin bərpası yolunda şəhidlər vermiş, canlardan keçmişik"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

 
 
Versus.Az xəbər verir ki, təbrikdə deylir:
 
 
"Əziz, dəyərli, qürurlu soydaşlarım!
 
 
Bu gün də möhtəşəm gündür. Bu gün üçrəngli müqəddəs bayrağımız işğaldan azad edilmiş Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, ŞUŞAda dalğalanır...
 
 
Əziz həmvətənlərim!
 
Dövlət Bayrağı Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, ölkəmizin müstəqilliyinin, suverenliyinin əbədi olmasını, üçrəngli bayrağımızıın Azərbaycanın işğal altında olan bütün ərazilərində - külli Qarabağda dalğalanmasını arzulayıram.
 
 
Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilib.
 
Sovet İmperiyası Azərbaycanı işğal etdikdən sonra 70 il Azərbaycanın vətənpərvər oğulları bu üçrəngli bayrağı yenidən dalğalandırmaq üçün qanları, canları bahasına mücadilə aparıblar.
 
 
Müstəqilliyimizin, dövlət rəmzlərimizin bərpası bizə itkisiz başa gəlməyib. Bu yolda şəhidlər vermiş, canlardan keçmişdik. Şəhidlərimizin qanı bahasına bu gün müstəqil Azərbaycanımız üzərində Milli Bayrağımız yenidən dalğalanır.
 
 
Azərbaycanın Milli Bayrağı bu gün bütün soydaşlarımızın qürur mənbəyi, and yeridir.
 
Azərbaycan dövlətində yaşayan hər kəs, hər birimiz babalarımızın bizə miras qoyduğu bu dövləti, dövlət rəmzlərini qorumaqdan şərəf duyuruq!
 
 
Bir daha hər birinizi Milli Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm!
 
Sevgi və sayğılarla".
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF