"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

13:58 17-09-2018 | icon 187 | Siyasət
"Ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük"

"Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir".

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi Azər Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatını şərh edərkən deyib.

A.Qasımov qeyd edib:

 

"Birinci dəfə deyil ki, Ermənistanın baş naziri Azərbaycanın daxili məsələləri ilə bağlı yersiz və cəfəng açıqlamalar verir. Əvvəla, bu onu göstərir ki, Paşinyan siyasətdə təsadüfi bir fiqurdur, beynəlxalq münasibətlərdən xəbərsizdir. Paşinyan Azərbaycanın daxili işlərinə müntəzəm olaraq öz burnunu soxur. Bildirmək istəyirik ki, əgər Azərbaycan Ermənistanın daxili işlərinə müdaxilə etsə, Paşinyan hakimiyyətinin ömrü uzun olmayacaq. Sarkisyan diktatura rejiminin çökməsi buna sübutdur. Sadəcə olaraq, indiki şəraitdə Paşinyan rejiminin çökməsi Azərbaycana sərf eləmir. Nə qədər çox Ermənistanda Paşinyanın diktaturası davam edərsə, bir o qədər də bu ölkənin problemləri çox olacaq. Paşinyan xarici səfərlərində yaltaqlanmaqla, özünü alçaltmaqla, özünü qul kimi aparmaqla istədiyinə nail ola bilməz. Paşinyanın yeni diktatura rejimi Ermənistanı uçuruma aparır. Məhz buna görə də Azərbaycan tərəfi Paşinyan hakimiyyətinin çökməsi üçün hələlik hər hansı bir addım atmır.

 

Paşinyanın növbəti sarsaq açıqlaması Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidməti ilə bağlıdır. Bildirmək istəyirik ki, Heydər Əliyev öz fiziki keyfiyyətlərinə və hazırlığına görə Azərbaycanın ən döyüş qabiliyyətli hərbi hissələrinin birinə hərbi xidmətə çağırılıb və sentyabrın 16-da keçirilən andiçmə mərasimi bu hərbi hissənin Azərbaycanın Silahlı Qüvvələrinin aparıcı hissələrinin biri olduğunu nümayiş etdirdi. Paşinyanın oğluna gəldikdə isə, bizdə olan məlumata görə, o, təmas xəttindən təxminən 50 km məsafədə Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonunda Ermənistanın hərbi hissələrinin birinə yazılıb və burada, əsasən, məişət məsələləri ilə məşğuldur. Bu hissəyə yazılmasına baxmayaraq, vaxtının çoxunu Xankəndidə keçirir. Ümumiyyətlə, Paşinyanın oğlunun hərbi xidməti ilə bağlı aparılan ucuz təbliğat növbəti populist və aşağı keyfiyyətli şoudan başqa bir şey deyil.

 

Paşinyanın necə şoumen olması bizə yaxşı bəllidir. Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinin əməkdaşları Brüsseldə iyulda keçirilmiş NATO Zirvə toplantısının kuluarlarında Paşinyanın cılız və yaltaq hərəkətlərini öz gözləri ilə görmüşlər. NATO-ya üzv dövlətlərin rəhbərlərinə yaxınlaşıb onlarla şəkil çəkdirməyi Paşinyan Ermənistanda bu liderlərlə keçirilmiş görüşlər kimi təqdim etmişdir. Belə gülməli hərəkətlər Paşinyanın çox pis şoumen olduğunu göstərir.

 

Sonda bir daha bildirmək istəyirik ki, əgər Paşinyan bundan sonra da öz kreslosunda oturmaq istəyirsə, ona Azərbaycanın daxili işlərinə burnunu soxmamasını məsləhət görürük".

Xəbər lenti

"Əsirlikdə qalan Laçınım"

Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masa...

Allah rəhmət eləsin

Elmar Məmmədyarov Fransa Milli Assambleyasının vitse-prezidenti və dostluq qrupunun prezidenti ilə görüşüb

Bakıda Avropa çempionatının komanda hesabında və çoxnövçülükdə qrup hərəkətlərində qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Eyyub Yaqubov benefis

Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi qeyd ediləcək

Bakıda Atatürkü anma, idman və gənclik bayramı münasibətilə tədbir keçirilib

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Bu gün Bakıda 28 muzeyi ödənişsiz ziyarət etmək olar

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

Bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb

Cocuq Mərcanlıda iftar süfrəsi təşkil edilib

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Bu gün TOEFL IBT və “PTE Academic” ingilis dili imtahanları keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Paralimpiyaçımız Gündüz İsmayılov yeni rekorda imza atdı

Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“AXH Əli İnsanovla da əməkdaşlıq qura bilər”

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

"Emin-444"ün öldürülməsi ilə bağlı ŞOK FAKTLAR 

AXH Novxanı qəsəbəsində yürüş edəcək

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə