Sentyabrın 27-si səhər saatlarından başlayaraq Azərbaycan torpaqları uğrunda döyüşlər gedir. Yenilməz ordumuz anbaan tarix yazmaqda davam edir.
Bu məqsədlə “Rahat” supermarketlər şəbəkəsi, “Regional İnkişaf” İctimai Birliyi ilə birgə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstəyini nümayiş etdirib.
Belə ki, şirkətlər, işğalda olan torpaqlarımızın geri alınması uğrundə mübarizə aparan əsgərlərimizə 1000 nəfərlik isti geyim, müxtəlif çeşiddə şirniyyat, çərəz və digər qida məhsulları, həmçinin “powerbank” (istənilən yerdə enerji dəstəyi) göndərib.
Xatırladaq ki, hər zaman ordumuzun yanında olan “Rahat” supermarketlər şəbəkəsi bundan əvvəl də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat vəsait və əsgərlərimizə iki min nəfərlik yardım payı ayırıb. Bununla yanaşı, şəbəkə rəhbərliyi cəbhəyə yollanan əməkdaşlarının ailələrini ziyarət edib, onlara da dəstəyini çatdırıb.
“Rahat market” və “Regional İnkişaf” İctimai Birliyi tarixi dəyişən igidlərimizlə qürur duyur, onlara bol nailiyyətlər arzu edir.
Qarabağ Azərbaycandır!