"Hər şey öz əlimizdədir!"

09:01 10-11-2020 | icon 3999 | Siyasət
"Hər şey öz əlimizdədir!"

İqbal Ağazadə: "Üçtərəfli qaydada bağlanılan müqavilə çoxlu suallar doğurur"

 

Ümid Partiyasının sədri İqbal Ağazadə noyabrın 10-da Azərbaycan, Rusiya, Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatla bağlı şəxsi "facebook" hesabında paylaşım edib.

 
 
Versus.Az İqbal Ağazadənin sözügedən Bəyanatla bağlı fikirlərini olduğu kimi təqdim edir:
 
 
"Ermənistanın sülhə məcbur edilməsi və işğal olunmuş torpaqlarımızdan qoşunlarının çıxarılması çox əhəmiyyətli və dövlətimiz üçün misligörünməmiş uğurdur.
 
 
Lakin üçtərəfli qaydada bağlanılan müqavilə yarımçıq, tələsik olmaqla yanaşı çoxlu suallar doğurur.
Sənəddə deyilir:
 
 
İşğalçı qoşunlar 15, 20 noyabr və 1 dekabr tarixdə müvafiq olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edir.
 
 
1. Axı işğalçı qoşunlar təkcə bu ərazilərdə deyil. İşğaldan azad olunmamış Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənd rayonlarında Ermənistan Silahlı qüvvələrinin və yerli özünümüdafiə qüvvələrinin kifayət qədər silahlı birləşmələri, xarici muzdlular, terrorçular var. Onların təksilah olunması hansı prinsip və qrafiklə, razışlaşma ilə həyata keçiriləcək?
 
Bu olmayacaqsa və ya müqavilədə nəzərdə tutulmayıbsa təhlükəsizlik üçün hansı zəmanətdən söhbət gedir?!
 
 
2. Əgər Dağlıq Qarabağa heç bir status verilməyəcəksə (Ki, bunu cənab Prezident çıxışında bir neçə dəfə xüsusi qeyd etdi) Xankəndi, Xocalı, Əsgəran, Ağdərə (Mardakert), Xocavənd (Martuni), Hadrut rayonlarının idarəetmə forması necə olacaq? Onlar mövcud Azərbaycan qanunlarına müvafiq idarə olunacaq, yoxsa əvvəlki formada?
 
 
Əvvəlki formada idarə olunmasına Azərbaycan qanunları imkan vermir, yeni formada idarəçilik üçün keçid dövrünə və azərbaycanlı kadrlara ehtiyac var. Bu necə tənzimlənəcək?
 
 
3. İnzibati - ərazi vahidi xeyli əvvəl Azərbaycan tərəfindən dəyişdirilmiş Xankəndi, Xocavənd, Ağdərə, Hadrut, Xocalı ermənilərin bölgüsünə, yoxsa bizim müəyyən etdiyimiz ərazi vahidinə uyğun idarə olunacaq?
 
 
4. Adları Milli Məclis tərəfindən dəyişdirilmiş Stepanakert (Xankəndi), Martuni (Xocavənd), Mardakert (Ağdərə) bundan sonra necə adlanacaq?
 
 
Bu suallar öz cavabını müvafiq sənəddə tapmayıbsa və ya tərəflər bu barədə razılığa gəlməyiblərsə, sülhməramlılar (Rus qoşunları) gəldikdən sonra biz bunları hansı razılaşma və ya vasitə ilə gerçəkləşdirəcəyik?
Razılaşma və sənəd olmadığı təqdirdə bizim o rayonlar üzərində hüquqi idarəçiliyimizi həyata keçirmək mümkün olmayacaq. Bu əvvəlcədən razılaşdırılmalıdır.
 
 
Sənəddə deyilir:
 
Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca bəlli sayda (razılaşmada göstərilib) Rusiya sülhməramlıları yerləşəcək.
 
 
1. Mövcud təmas xətti işğala qədərki azərbaycanlılar yaşayan bəzi kəndləri əhatə etmir. ( Kərkicahan, Sırxavənd, Xocalı və s). Bəs azərbaycanlılar o ərazilərə necə qayıdacaq? Təmas xətti dəyişdiriləcək? Axı qeyd olunur ki, tərəflər indiki vəziyyətlərində qalır və qoşunlar da o təmas xəttinə yerləşir? Bu Rusiyaya qoşunlarını artırmaq bəhanəsi verməyəcəkmi? Nəticədə, iki minə yaxın deyil, az qala bir neçə dəfə bu sayı artırmağa çalışmayacaqmı?
 
 
2. Münaqişə başlayan andan dünyanın müxtəlif bölgələrindən Cenevrə konvensiyasının tələblərini pozaraq qeyri-qanuni məskunlaşma həyata keçirilib. İndi onlar da qaçqın kimi geri qayıdacaqlar? Laçında, Qubadlıda, Şuşada məskunlaşmış ermənilər yoxsa Azərbaycan vətəndaşı hesab olunacaqlar? Onların say və vətəndaşlığı necə, hansı üsullarla müəyyən ediləcək? Yoxsa hər kəsə qaçqın adı verib onları Qarabağın içərilərinə daşıyacaqlar?
 
 
3. Təmas xəttini dəyişən Azərbaycan qaçqınların öz yerlərinə gəlməsinə izn verməklə yenidən köhnə vəziyyəti bərpa etməyəcəkmi? (Suqovuşan, Çinarlı, Hadrut, Tuğ və s).
 
Demək ki, təmas xətti anlayışı bu gün üçün nisbidir və sabah qaçqınlar qayıdarsa dəyişəcək. Faktiki olaraq Dağlıq Qarabağın muxtar vilayət sərhədləri təmas xətti hesab olunacaq.
 
Təəssüf ku, bu və buna bənzər problemlər də öz əksini sənəddə tapmayıb və sülhməramlıların yerləşməsindən sonra bunların həll olunacağı mümkünsüz görünür.
 
 
Sənəddə deyilir:
 
Laçın dəhlizi sülhməramlılar tərəfindən mühafizə olunacaq.
 
 
1. Bəs ölkə sərhəddindən keçid necə tənzimlənəcək? Sərhəd buraxılış məntəqəsində Azərbaycan sərhədçiləri olacaqml?
 
 
2. Pasport buraxılış və viza sənədləri hansı qanunla tənzimlənəcək, Azərbaycan qanunlarının icrası başqa ölkə
tərəfindən həyata keçiriləcək?
 
 
Bu konstitusiyaya və sərhəd qanunlarına zidd deyilmi?
 
 
3. Laçın dəhlizi vasitəsilə ölkəmizə gələnlərin sərhəddən qeyri qanuni keçidi necə durdurulacaq? Axı Dağlıq Qarabağın heç bir statusu yoxdur və o məntəqədə də Azərbaycanın sərhəd keçid məntəqəsi nəzərdə tutulmur.
 
 
4. Ümumvətəndaşlıq pasportları necə verilir və əhalinin siyahıya alınmasının prinsipləri necə müəyyən edilir?
 
 
5. Ermənistan və Azərbaycan müvafiq olaraq bir-birinin ərazi bütövlüyünü tanımayıb, Laçın dəhlizindən Azərbaycana keçid edən Ermənistan vətəndaşları hansı ölkədən viza alacaqlar? Yoxsa yenə kim nə vaxt istədi gələcək və nə istədi gətirəcək!
 
 
Bunu Rusiya qanunları tənzimləyəcək ya sülhməramlılar? Bu dövlətimizin gələcək təhlükəsuzliyinə böyük zərbə deyilmi?
 
 
Bu suallar da açıqdır və sülhməramlılar regiona yerləşdikdən sonra həll olunması mümkün olmayacaq.
 
 
Sənəddə deyilir:
 
Tərəflər arasında iqtisadi blokada götürüləcək və kommunikasiya xətləri açılacaq
 
 
1.Qoşunlar təmas xəttində və dəhlizdə yerləşirsə rayon mərkəzlərində bank, maliyyə, vergi və s orqanlar necə fəaliyyət göstərir?
 
 
Hüquq-mühafizə orqanlarının müvafiq şöbələri necə və kimdən formalaşdırılır?
 
 
2. Dağlıq Qarabağın idarəçiliyi Azərbaycan qanunları əsasında həyata keçirilirsə mərkəzlə bağlılıq və təyinatlar hansı formada olur?
 
 
Bu sualların da cavabı və aydın izahı yoxdur və kimsə verə bilməz.
 
 
İddia oluna bilər ki, zaman keçdikcə bu problemlər həllini tapacaq.
 
 
15 noyabrdan başlayaraq sülhməramlılar bölgəyə girəcək. Razılaşdırılmamış bu detalları zaman-zaman gerçəkləşdirməyə rus qoşunları izn verəcəkmi?
 
ƏSLA...
 
 
Tarixdə baş verənlər bizə diktə edir ki, Rusiyaya və onların həyata keçirdiyi missiyaya inanmayaq.
 
Buna görə də sülhməramlılar gələnə qədər bu və ya bunlara bənzər bütün suallar öz cavabını yazılı və tərəflərin imzası ilə tapmalıdır.
 
 
Əks təqdirdə Rus qoşunları bölgəyə girərək bizim aramızda dayanacaq, ermənilərin təhlükəsizliyini təmin edəcək, ermənilər isə bizim qanunları tanımayaraq yenə də əvvəlki qaydada yaşamaqda davam edərək, növbəti qanlı mərhələyə hazırlaşacaq. Bu dəfə daha ciddi və tədbirli...
 
 
Ən başlıcası...
 
Mən Rusiya qoşunlarının sülhməramlı adı altında bölgəyə gəlməsinin qəti əleyhinəyəm. Harda Rusiya var orda qan, qada, etnik- milli separatizm, qarşıdurma var. Tarixən bu belə olub, bu gün də heç nə dəyişməyib.
Rusiya olduğu bölgələrdə demokratikləşmənin qarşısın alır, inkişafa mane olur, maraqları tələb edəndə çəkinmədən ölkələrin daxili işinə müdaxilə edir. Cənubi Qafqazda da Rusiya öz maraqlarını məhz bu şəkildə təmin etməyə çalışır. İndi sülhməramlı adıyla Azırbaycana qayıtmağı da o planın tərkib hissəsidir.
Lakin müasir şəraitdə Dağlıq Qarabağ probleminin xarakterini və uzunömürlülüyünü, işğal coğrafiyasının genişliyini nəzərə alaraq bu variantda da müsbət çalarlar axtarmağa məhkumuq.
 
 
Özəlliklə Türkiyənin nəzarət qrupunun tərkibində hansı status və faizlə təmsilçiliyi həyəcanla gözlədiyimiz məsələdir. Yalnız bunlar bəlli olduqdan sonra sülhməramlılar haqqında qəti mövqe qoymaq olar.
 
 
İndilik...
 
Yuxarıda toxunduğumuz və ona bənzər problemlər Türkiyənin iştirakı ilə 15 noyabr tarixinə qədər müzakirə olunmalı, qərar qəbul olunmalı və sənədlərdə öz əksini tapmalıdır. Heç bir sual açıq və cavabsız qalmamalıdır.
Yalnız bundan sonra uğur və uğursuzluqdan danışmaq mümkündür.
 
 
Hələlik isə...
 
Ermənistandakı ictimai-siyasi vəziyyət bağlanılan niyyət sazişinin icrasını sual altında qoyur.
 
Bu şərtlər çərçivəsində bağlanılan müqaviləyə Ermənistan ictimaiyyəti etiraz edirsə, Rus qoşunlarının 15 noyabrdan əvvəl bölgəyə girməsinə heç bir halda imkan vermək olmaz. Bu məsələdə Türkiyə həlledici rol oynamalıdır.
 
 
Yekun olaraq...
 
Bütün incəliklər sənədlər üzərində öz cavabını və əksini tapmalı, 15 noyabra kimi sənədləşdirilməli, gələcək üçün problem saxlamamalıyıq.
 
 
Hər şey öz əlimizdədir, düzgün, ardıcıl, sistemli addımlar atmalı, birliyimizi pozmamalı, qaldığımız yerdən davam etməliyik.
 
 
Hər şey Azərbaycan üçün..."

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI