Millimiz Avropa çempionatını 4 medalla başa vurdu - FOTO

12:11 11-11-2020 | icon 427 | İdman
Millimiz Avropa çempionatını 4 medalla başa vurdu - FOTO

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

 

Mötəbər çempionatın son günü də Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb. 

 

Ağır çəkili (+100) cüdoçuların yarışında mübarizə aparan Camal Feyziyev Polşa, Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Bu mərhələdə macarıstanlı Riçard Şipoça uduzan Camal 3-cü yer uğrunda qarşılaşmada İtaliya cüdoçusu Lorentso Aqro Silvaini məğlub edib. Beləliklə, Camal Feyziyev qitə birinciliyinin bürünc medalını qazanıb. 

 

Xatırladaq ki, nüfuzlu yarışın ilk günü Gültac Məmmədəliyeva (52 kq) gümüş, Turan Bayramov (60 kq) və Nurlan Osmanov (66 kq) bürünc medala sahib olub. 

 

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı mötəbər birincilikdə Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol