"İlham Əliyevi yalnız qoymayaq"

13:48 11-11-2020 | icon 310 | Siyasət
"İlham Əliyevi yalnız qoymayaq"

Razi Nurullayev: "Hər kəs özünü onun yerinə qoyub fikirləşsin"

 

"Fransanın Xarici işlər naziri Jean-Yves Le Drian deyir ki, Azərbaycan və Ermənistan oturub Dağlıq-Qarabağın statusunu müəyyən etməlidirlər. Fransa da Minsk Qrupunun üzvü kimi fəal iştirakçı olmağa hazırdır".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.
 
 
"Şəxsən, mənim üçün Minsk Qrupu yoxdur. O ölüb və basdırılıb. Nə Minsk Qruppası? O nə edib ki? İndi də "lapa"sını qoymaq istəyir ki, ara qarışdırsın? Qarabağda bulanıq suda balıq tutan az idi, qalmışdı Minsk Qrupu. Bunlar Qarabağı eksperimental poliqona çevirmək istəyirlər".
 
 
Razi Nurullayev vurğulayıb ki, dünən Rusiyanın bütün televiziyalarında Azərbaycana hədə-qorxu, nifrət və qarğış yağdırılırdı:
 
 
"Məgər Rusiya hökuməti səmimidirsə bunun qarşısını ala bilməz? Ala bilər! Azərbaycanın bəxti gətirməyib ki, belə qonşuları var. Bəsdirin daha. Mən açıq və səmimi deyirəm. Azərbaycan Prezidenti İlham Əliyevə görə ürəyim ağrıyır. Hər kəs özünü onun yerinə qoyub fikirləşsin. Çox çətindir. Biz əlimizdən gələni edirik və yanındayıq. Amma, Rusiyadan, Fransadan, ABŞ-dan və digər ölkələrdən erməni lobbisinin təzyiqi ilə gələn hücumları, hədə-qorxuları və digər təsirləri dayandıra bilmirik".
 
 
Millət vəkili qeyd edb ki, Azərbaycan heç zaman Ermənistanla müharibə etməyib:
 
 
"43 günə görünməyən təzyiqlər altında Ermənistan üzərində zəfər çaldıq. Cəmi 3-4 günlük canları qalmışdı, Azərbaycan ordusunun əlləri onların xirtdəyində idi...
 
Amma, yenə də bizdə toy-bayram, onlarda isə yasdır. Bizim bütün işğal altında olan ərazilərimiz qayıdır, Xankəndinin taleyi isə qısa müddətdə həll ediləcək. Bütün köçkünlər evlərinə qayıdacaq. Gözümüzü yumub, nə qədər çətin olsa da, 3 və ya 5 il də dözək. Təsəllimiz Türkiyə əsgər və zabitlərinin də olacağıdır.
 
Azərbaycan ordusu Prezident İlham Əliyevin komandanlığı ilə yuxumuza girə bilməyəcək bir nəticə əldə etdi. Daha da pis hadisələr ola bilərdi. Nə ola bilərdi, onlar da açıqlanacaq.
 
İlham Əliyevi yalnız qoymayaq!"
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI