300-dən çox mina aşkarlandı - FOTO

09:41 12-11-2020 | icon 548 | Müharibə
300-dən çox mina aşkarlandı - FOTO

Noyabrın 10-11-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Agentliyə Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən 125 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub.

 

Versus.Az xəbər verir ki, bununla bağlı ANAMA məlumat yayıb. 

 

Bildirilib ki, daxil olmuş 127 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Arazbar, Boyadı, Əhmədağalı, Göyük, Hacılar, Paşabəyli, Qaradolaq, Yuxarı Qiyaməddinli kəndləri və Hindarx qəsəbəsi, Ağdam rayonunun Orta Qərvənd, Əfətli, Evoğlu, Kolqışlaq, Mahrızlı, Mərzili, Mirəşelli, Zəngişalı kəndləri, Bərdə rayonunun Təhlə kəndi və S.Vurğun küçəsi, Beyləqan rayonunun Qəhrəmanlı, Milabad kəndləri, Füzuli rayonunun Əbdürrəhmanlı, Qarakollu kəndləri və 4-cü Zobcuq qəsəbəsi, Goranboy rayonunun Yenikənd, Tapqaraqoyunlu kəndləri, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Ələsgərli, Əskipara, Güləbatlı, Hüsənli, Köçərli, Qaynaq, Qazyan, Yenikənd, Yuxarı Sarıcalı kəndləri, M.Hüseynov, E.Hüseynov, Ş.İ.Xətai, N.İsgəndərov, N.Nərimanov küçələri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 68 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. 

 

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 4 ədəd partlamamış hərbi sursat (PHS), 143 ədəd bombacıq, 212 ədəd tank əleyhinə mina, 96 ədəd tank əleyhinə minanın partladıcısı və 83 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

 

Agentliyin partlayış qrupu tərəfindən 142 ədəd bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 3 ədəd PMN minası zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…