Klubun bütün futbolçuları karantinə yerləşdirildi
Almaniya Bundesliqasında çıxış edən “Hoffenhaym” klubunun bütün futbolçuları karantinə yerləşdirilib.
Bununla bağlı “Haber Global” məlumat yayıb.
Klubdan verilən açıqlamaya görə, buna səbəb klubun 5 üzvündə koronavirus testinin pozitiv çıxmasıdır. Bunlar futbolçular danimarkalı Robert Skov, israilli Munas Dabbur, eyni zamanda Sebastian Rudi, İşak Belfodil və texniki işçilərdən biridir.
Bildirilib ki, bu səbəbdən klubun məşqləri təxirə salınıb.
Xəbər lenti
Xankəndidə separatçılıq rəmzləri SÖKÜLÜR
Ədalət Verdiyev: "Bu mövzunu birdəfəlik bağlayaq”