"Antiterror əməliyyatları sülhməramlıların o ərazilərdə yerləşməsinə görə ləngiyir"

16:30 27-07-2023 | icon 884 | Müharibə
"Antiterror əməliyyatları sülhməramlıların o ərazilərdə yerləşməsinə görə ləngiyir"

Şair Ramaldanov: “Sülhməramlıların bu fəaliyyəti daha çox işğalçı fəaliyyətidir”


“Bu gün rus sülhməramlı qüvvələri Qarabağda qanunsuz erməni silahlılarının döyüş hazırlığının yüksəlməsi ilə məşğul olursa, deməli terrorçularla birgə fəaliyyət göstərirlər. Bu gün rus sülhməramlıları olmasaydı, nə poliqonları qalardı, nə də mövqeləri. Separatçılarn yaranmasına şəriat yaradan da, onların təhlükəsizliyini təmin edən də rus sülhməramlılarıdr”.

 

Versus.Az xəbər verir ki, bunu hərbi ekspert Şair Ramaldanov Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Qarabağ iqtisadi zonasında separatçılara məxsus “bazalarda” hərbi təlimlər keçirməsi və əslində bununla hansı missiyanı həyata keçirmələri ilə bağlı açıqlamasında bildirib.



Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan ordusu 44 günlük müharibədə işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyümüzü bərpa edəndən sonra imzalanan 10 noyabr üçtərəfli bəyannaməyə əsasən Qarabağa yerləşən Rusiya sülhməramlı qüvvələri öz missiyasını əvvəldən düzgün icra etmədi. Rusiya sülhməramlıları ilk vaxtlardan Azərbaycanın maraqlarına əks olan fəaliyyəti ilə tanındı.

 

Ekspert bildirib ki, yeni tarixdə özü də separatçılığa məruz qalan Rusiyanın belə qüvvələrə hansı formalarda “qan uddurduğu” hər kəsə yaxşı məlumdur:

“Təbii ki, hər bir dövlət özünün təhlükəsziliyini qorumalı separtatizmlə mübarizə aparmalıdır. Lakin bu gün Azərbaycan ərazisində yerləşən Rusiya hərbi qüvvələri daha çox separatçıların yanında dayanıb, onların maraqlarına uyğun hərəkət edir, separatçıların təhlükəsziliyinin təmin edir. Rusiya Sülhməramlıları üçtərəfli bəyannamədə nəzərdə tutulmuş bəndlərin, xüsusən də 4-cü bəndi-qanunsuz silahlıların Azərbaycan ərazsindən tərksilah edilib xaric edilməsini yerinə yetirmir. Bu gün Rusiya sülhməramlıları Qarabağda yerləşdiyi üçün separatçılar, Azərbaycan daxilində olan terrorçular tərəfindən törədilə biləcək təhlükələrdən danışırıq. Separatçıların hamısnın başında müəyyən qüvvələr durursa, bu qüvvələrin təhlükəsiliyini təmin edən məhz Rusiya sülhməramlı qüvvələridir”.

 

Ş.Ramaldanov bildirib ki, əgər Qarabağda Rusiya sülhməramlıları təmas xətti yaratmasa Azərbaycan beynəlxalq normalar çərçivəsində və üçtərəfli sazişin 4-cü bəndinə əsasən qanunsuz silahlıları ölkədən xaric etmək missiyasını uğurla yerinə yetirə bilər:

“Əgər sülhməramlılar olmasaydı, Azərbaycan öz ərazisində yaşayan ermənilərin təhlükəsiziliyini təmin edər, hətta reinteqrasiya prosesini yekunlaşdırmış olardı. Bütün bunlar ərazidə yerləşən rus sülhməramlılarının öz işini tərsinə görməsi ilə bağlıdır. Bu gün rus sülhməramlıları onlara verilən “qiyməti” öz əməli ilə qazanıb. Sual olunur: Rusiya öz daxilində belə bir formada qanunsuz 10 min silahlını tərksilah etməmiş saxlayardımı. Yaxud, hansısa sülhməramlı missiya onun ərazisində yerləşən separatçıları himayə etsəydi, Rusiya bunu qəbul edərdimi. Əgər heç bir dövlət bunu qəbul etmirsə, o zaman nəyə görə Azərbaycanın bu haqsızlığı qəbul etməsini düşünürlər. Əgər bu gün Rusiya sülhməramlıları terrorçuların təhlükəsizliyini təmin etmək məqsədi ilə şəxsi heyətin ratasiyasını və tamamlanmasına şərait yaradır, onları himayə edirsə, biz onları “sülhməramlı” adı daşımağa necə layiq görə bilərik. Bu gün Rusiya hərbi qüvvələrinin Qarabağda erməni poliqonlarında çöl-təlim mərkəzlərində separatçıların döyüş hazırlığının yüksəlməsində iştirak edirsə, bunun kimə qarşı edir”.

 

Ekspert hesab edir ki, bu gün Azərbayacanın antiterror əməliyyatlarənın məhz rus sülhməramlılarının həmin ərazilərdə yerləşməsi ilə əlaqədar olaraq ləngiyir. Onun sözlərinə görə, Azərbaycan hələ də Rusiyanın öz missiyasına uyğun olaraq doğru addımlar atacağını gözləyir. Əks halda Azərbaycan dövləti öz iradəsini ortaya qoyub, gec-tez terrorçuları öz ərazisindən qovacaq:

“Rusiya sülhməramlılarının fəaliyyəti daha çox işğalçı fəaliyyətidir. Rusiyanın sülhməramlı qüvvələri Qarabağ iqtisadi zonasında Rusiyanın hərbi bazası kimi fəaliyyət göstərir. Sülhməramlıların Separatçıların döyüş hazırlığının yüksəlməsi ilə bağlı apardığı təlimlər buna sübutdur. Sülhməramlı missiya burda vaxtından əvvəl qurtarmasa da, ancaq Azərbaycanın 6 ay qalmış hansı mövqeyi tutacağını bilirik. Bu zaman hansı təxribatların olacağını da gözləyirik. Azərbaycan təhlükəsizlik təminatını qorumaq üçün hər hansı bir addım atmağa hazırdır. BMT 51-ci maddəsini əsas tutaraq hər bir dövlət daxildə təhlükəsizliyi təmin etmək hüququna malikdir. Və Azərbaycan da özünün təhlükəsizliyini təmin etmək üçün lazım olan addımı atacaq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI