Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

13:48 19-09-2018 | icon 403 | Cəmiyyət
Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Cəmiyyətin hər üzvünə cəmiyyətdə yer olmalı...

 

 

Bəzi səbəblərdən dolayı bir az gec də olsa, nəhayət Türkiyədən Əhməd Əli Yalçın bəyin Azərbaycandakı dostu Gülnarə xanım Səlimovaya göndərmək istədiyi hədiyyəni ünvanına çatdırdım. Bu görüşdə, yəni Əhməd bəyin sayəsində bütün çətinliklərinə, fiziki məhdudiyyətlərinə baxmayaraq, çox pozitiv, əzmkar və aktiv, gözəl Gülnarə xanımla tanış oldum.

 

Həyat eşqi, möhkəmliyi ilə fiziki sağlam, amma ruhu "xəstə" insanlara meydan oxuyur bu xanım. O, GülSam Əlillərin Reabilitasiyası İctimai Birliyininin rəhbəridir. Gülnarə xanımın dediyinə görə, artıq 14 ildir fəaliyyət göstərən bu cəmiyyət fiziki məhdud insanlara müxtəlif sahələrdə kömək edir. Türkiyədə müxtəlif tədbirlərin iştirakçısı da olub.

 

Gülnarə xanımın evindəki kabinetində çox sayda diplomlar var. Boççia üzrə Bakıda keçirilən turnirdə 1-ci yer də qazanıb.


Gülnarə xanımla qısa söhbətimizdə ailələrin zamanında fiziki məhdud övladlarına dəstək olmalarının, onları həyatdan kənar tutmamalarının, oxutdurmaqlarının, onları cəmiyyətə, cəmiyyəti də onlara qazandırmaqlarının belə insanların həyatında nə qədər böyük rol oynadığını əyani gördüm. Valideynlərinin ona necə dəstək olduqlarını, necə oxutdurduqlarını çox qısa da olsa, danışdı bu gülərüz, pozitiv, gözəl xanım.

Əhməd Əli Yalçın 


Tanıdığım bir xanım cəmiyyətdən sırf bu üzdən tamamən uzaq düşüb. Sadəcə ayağında problemlər olduğu, yeriyərkən ayağını çəkdiyi üçün məktəbdən də, cəmiyyətdən də tamamən uzaq düşüb və evlərinə "məhkum" olub.

Digər tanıdığım gözəl bir qızımız isə bir çox fiziki problemlərinə baxmayaraq, həm ali təhsil alıb, həm çalışır, çoxlu dostları var, hər kəs kimi aktiv, normal həyat tərzi keçirir. Əlbəttə, onları həyata adapte edənə qədər çətinliklər olur, amma nəticə gözəl olur. Cəmiyyətin hər üzvünə cəmiyyətdə yer olmalı...

 

Ülviyyə Abışova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?