"Ermənistanın yeni rəhbərliyi nəticə çıxarmalıdır"

14:53 19-09-2018 | icon 409 | Siyasət
"Ermənistanın yeni rəhbərliyi nəticə çıxarmalıdır"

Ermənistanın yeni rəhbərliyi Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını məharətlə almasından nəticə çıxarmalıdır.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov ötən gün Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı ictimaiyyətlə görüşdə ölkəmizdə baş verən mühüm hadisələr barədə danışdığını, çıxışında Bakının işğaldan azad olunması ilə bağlı keçirilən hərbi parada və cəbhədəki vəziyyətə də toxunduğunu xatırladıb:

 

"Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən parad bütün dünyaya sübut etdi ki, iki ölkə 100 il öncə də birlikdə olublar və bu gün də yan-yana dayanıblar. Bütün dünya gördü ki, Azərbaycan-Türkiyə dostluğu daimi və əbədidir. Eyni zamanda, hərbi paradda Azərbaycanın ən müasir texnikaları nümayiş etdirildi və bu da bir daha sübut etdi ki, Azərbaycan dünyanın ən güclü orduları sırasındadır".

 

Politoloq qeyd edib ki, cənab Prezident çıxışında bu günlərdə təmas xəttində erməni hərbi birləşmələrinin təxribata cəhdi və Azərbaycan Ordusunun həmin cəhdin qarşısını məharətlə almasından da bəhs etdi:

 

"Dövlətimizin başçısı dedi ki, Azərbaycan əsgəri həmin təxribatın qarşısını alarkən ermənilərə elə bir zərbə endirib ki, hələ Ermənistan bir müddət özünə gələ bilməyəcək. Dövlət başçısı görüşdə, həmçinin 2016-cı ilin aprel döyüşlərində və bu ilin may ayında Naxçıvanda Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışdı. Qısa müddətdə Azərbaycan hərbçiləri işğal altında olan ərazilərimizin bir hissəsini azad etdi. Azərbaycan Ordusu göstərdi ki, hər zaman Azərbaycan torpaqlarını işğaldan azad etməyə hazırdır. Bundan Ermənistanın yeni rəhbərliyi də nəticə çıxarmalıdır. Ermənistandakı Sarkisyan rejiminin hakimiyyətdən getməsində Azərbaycan da öz rolunu oynadı".

 

Millət vəkili əlavə edib ki, Azərbaycanın Ermənistana qarşı təcrid siyasəti öz nəticəsini verdi. Bu vəziyyətdən Paşinyan da istifadə etdi:

 

"Amma Paşinyan hakimiyyəti hələ ki, münaqişənin həlli üçün müsbət addımlar atmaqdan yayınır. Bu işdə məsuliyyət Ermənistanın yeni rəhbərliyinin üzərinə düşür".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI