Neymar yenidən “Barselona”nı məhkəməyə verib

11:16 13-11-2020 | icon 716 | İdman
Neymar yenidən “Barselona”nı məhkəməyə verib

Fransanın PSJ klubunun braziliyalı futbolçusu Neymar hələ də sabiq klubu “Barselona”dan kompensasiyasının sona qədər ödənilməsini tələb edir.

 

“Marca” agentliyi xəbər verir ki, hücumçunun vəkilləri məhkəmə qərarından apellyasiya şikayəti verib və “Barselona”nın Neymara ödəməli olduqları əlavə bonusların tam ödənilməsini tələb edirlər.

 

Qeyd edək ki, Neymar 2016-cı ildə “Barsa” ilə müqaviləni uzadarkən 40 milyon avro kompensasiya almalı idi. Ancaq onun hesabına 22 milyon avro köçürülüb.

 

Kataloniya klubunun rəhbərliyi futbolçunun PSJ-yə müqavilədə göstərildiyi vaxtdan əvvəl keçdiyini əsas gətirərək, qalan məbləği ödəməkdən imtina edib.

 

Bunu əsas gətirən klub “Barselona” rəhbərliyi məhkəmədə əks iddia qaldırıb.

 

Kataloniyalılar iddia edir ki, braziliyalının müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulmuşdu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin