Deputat Polad Bülbüloğlunun məlum çıxışından danışdı

12:43 13-11-2020 | icon 378 | Siyasət
Deputat Polad Bülbüloğlunun məlum çıxışından danışdı

Vahid Əhmədov: “Özləri istefa verib getməlidirlər”

 

“Çox təəssüf ki, bəzi insanlar hələ də muxtariyyət barədə danışırlar. Dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu öz çıxışında hansısa muxtariyyətdən söhbət edir. Sanki Rusiyanın Xarici işlər naziri Sergey Lavrovu əvəz edir”. 

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər: 

 

“Özləri istefa verib getməlidirlər. Cənab Prezidentin dediyi kimi, Azərbaycan heç vaxt heç bir muxtariyyət barədə söhbət etməyəcək. Heç bir muxtariyyət verilməyəcək.

Prezidentin dediyi kimi, nə qədər ki mən hakimiyyətdəyəm, statusdan söhbət gedə bilməz. Bütün dövlət məmurları da bunu nəzərə almalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI